1. Hüquqi vəziyyət, hüquqla müəyyən edilmiş hal. □ Deputat statusu.
2. Sosial şəbəkələrdə istifadəçilərin müəyyən məsələ barədə fərdi düşüncələrini ifadə etdiyi və başqaları ilə paylaşdığı məlumat. □ Status paylaşmaq.
See also:
1. Poliqrafiya. Poliqrafiyada nəşrlərin çoxaldılması üçün hazırlanan qəlib. □ Mətbəə stereotipləri.
2. Məcazi mənada: uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, daşlaşmış, qəlibləşmiş qavrayış standartı; şablon, trafaret. □ Stereotip düşüncə.
Azərbaycan dilinin izahlı lüğətiMaddələrin, əşyaların, ərzaq məhsullarının və s.-nin müxtəlif üsullarla (yüksək temperatur, filtr və s.) canlı mikroorqanizmlərdən tam təmizlənməsi. □ Cərrahiyyə otaqlarında, antibiotiklər qablaşdırılan sexlərdə sterilizasiya çox zaman ultrabənövşəyi şüaların köməyi ilə aparılır.
Azərbaycan dilinin izahlı lüğəti1. Qədim yunan materialist-filosoflarının fikrincə, təbiətin əsasını təşkil edən 4 ünsür: od, su, hava, torpaq.
2. Dağıdıcı gücə malik təbiət qüvvələri; məs.: qasırğa, fırtına, vulkan püskürməsi və s. □ Təbiət stixiyası.
3. Məcazi mənada: bir şeyə hədsiz aludəçilik. □ Futbol onun stixiyasıdır.
Azərbaycan dilinin izahlı lüğəti1. Hərbi. Hərb sənəti; hərbi əməliyyat, müharibə hazırlama və aparma bacarığı, sərkərdəlik məharəti haqqında elm. □ Hücum strategiyası.
2. Məcazi mənada: ictimai-siyasi fəaliyyətdə bir işi planlaşdırmaq, qurmaq və ona rəhbərlik etmək məharəti. □ Siyasi mübarizə strategiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Qədim Yunanıstanda geniş hərbi, siyasi və inzibati hüquqlara malik olan sərkərdə. □ Hərbi-siyasi ittifaqlara başçılıq edən strateq xalq iclaslarında birillik müddətə seçilirdi.
2. Döyüş qaydalarının və hərbi strategiyanın bilicisi; ictimai-siyasi mübarizəyə məharətlə rəhbərlik edə bilən şəxs. □ Görkəmli strateq.
Azərbaycan dilinin izahlı lüğəti