Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sinxron [sinxron] sifət yun. synchronismos – eyni vaxtda, eyni zamanda

İki və daha çox prosesin zaman etibarilə üst-üstə düşməsi, eyni vaxtda baş verməsi. □ Sinxron reportaj.

Həmçinin bax:

jurnalistika: sinxron kamera jurnalistika: sinxron yayım jurnalistika: sinxron yazılış Azərbaycan dilinin izahlı lüğəti

sinkveyn [sink'veyn] isim fr. cinquains – beşmisralı şeir parçası

1. Ədəbiyyatşünaslıq. Yapon poeziyasının təsiri ilə XX əsrdə ABŞ-da yaranmış beşmisralı şeir forması.

2. Pedaqogika. Az sözlə fikir ifadə edə bilmək bacarığını formalaşdırmağa kömək göstərən təlim üsulu. □ Sinkveyn üsulu.

Azərbaycan dilinin izahlı lüğəti

sinoptik [sinoptik'] isim yun. synoptikos – hər şeyi müşahidə edə bilən

Coğrafiya. Havanın necə olacağını qabaqcadan xəbər verən, bu barədə proqnozlar hazırlayan mütəxəssis; meteoroloq. □ Sinoptiklərin proqnozu.

Həmçinin bax:

coğrafiya: sinoptik xəritələr coğrafiya: sinoptik meteorologiya Azərbaycan dilinin izahlı lüğəti

sintez [sintez] isim yun. synthesis – birləşdirmə, uyğunlaşdırma, düzəltmə

1. Təhlil prosesində ayrı-ayrı elementlər arasındakı əlaqəni müəyyən etmə üsulu. □ Sintez üsulu.

2. Kimya. Sadə birləşmələrdən mürəkkəb birləşmələr və ya elementlərdən birləşmələr alınması. □ Elementlərin sintezi.

3. Bədii yaradıcılıqda, o cümlədən musiqidə forma, məzmun və tərz etibarilə bir-birindən fərqlənən müstəqil elementlərin birləşdirilməsi. □ Cazla muğamın sintezi.

Azərbaycan dilinin izahlı lüğəti

sionizm [siyanizm] isim yəh. – Yerusəlim (Qüds) yaxınlığındakı Sion dağının adından

Politologiya. XIX əsrin sonlarında Avropada yəhudi burjuaziyası daxilində meydana gəlmiş millətçi cərəyan. □ İsrail dövləti yaradıldıqdan sonra (1948) sionizm onun əsas ideologiyasına çevrilmişdir.

Azərbaycan dilinin izahlı lüğəti

sirkulyasiya [sirk'ulyasiya] isim lat. circulatio – fırlanma, dövretmə

Geniş dairədə qapalı kontur üzrə hərəkət; dövriyyə. □ Sirkulyasiya” anlayışından daha çox elektrik və maqnit sahəsinin qanunlarını xarakterizə etmək üçün istifadə olunur.

Həmçinin bax:

coğrafiya: atmosferin ümumi sirkulyasiyası coğrafiya: dəniz suyunun sirkulyasiyası coğrafiya: havanın sirkulyasiyası coğrafiya: horizontal sirkulyasiya coğrafiya: şaquli sirkulyasiya coğrafiya: üfüqi sirkulyasiya Azərbaycan dilinin izahlı lüğəti

situasiya [situasiya] isim fr. situation < lat. situs – vəziyyət, durum

Vəziyyət, şərait, durum, hadisələrin gedişi. □ Çıxılmaz situasiya.

Azərbaycan dilinin izahlı lüğəti

sivilizasiya [sivilizasiya] isim lat. sivilis – vətəndaş, mülki dövlət

Cəmiyyətin intellektə, sosial ədalətə, mədəni dəyərlərə və müəyyən texnologiyaya əsaslanan tarixi inkişaf mərhələsi. □ XVIII əsrdə Avropada meydana çıxan “sivilizasiya” anlayışı mədəniyyətin sinonimi kimi işlədilərək dağıdıcılığa, vəhşiliyə – barbarlığa qarşı qoyulmuşdur.

Azərbaycan dilinin izahlı lüğəti

skalpel [sk'alpel] isim lat. scalpellum – bıçaq < scalpere – kəsmək, qazımaq

Tibb. Cərrah bıçağı; cərrahiyyə əməliyyatında işlənən əsas alətlərdən biri. □ Skalpellə kəsib götürmək.

Azərbaycan dilinin izahlı lüğəti

skaner [sk'aner] isim ing. scanner < scan – nəzərdən keçirmək

Mətnlərin, foto və ya qrafik təsvirlərin kompüterin yaddaşına ötürülməsini təmin edən optik qurğu. □ Şəkli skaner etmək. Masaüstü skaner.

Azərbaycan dilinin izahlı lüğəti

skeptik [skeptik'] isim yun. skeptomai – düşünmək

Hər şeyə inamsız və ümidsiz yanaşan, hər şeydən şübhələnən adam. □ Skeptik yanaşması.

Azərbaycan dilinin izahlı lüğəti

ske[sk'etç] isim ing. sketch – eskiz, cizgi

Estrada üçün yazılmış kiçik məzəli əhvalat; məzhəkə. □ Sketç-şou.

Azərbaycan dilinin izahlı lüğəti

skinhed [sk'inhet] isim ing. skinhead < skin – dəri + head – baş

“Qırxıq başlar”; Avropa və Amerikada başqa irqlərin və millətlərin nümayəndələrinə nifrət bəsləyən, onlara qarşı təcavüzkar davranışa yol verən gənclərdən ibarət qeyri-formal qruplaşma. □ Skinhed qruplaşması.

Azərbaycan dilinin izahlı lüğəti

skuter [sk'uter] isim ing. scooter

Daxiliyanma mühərriki ilə işləyən, əsasən, biryerli, sürətli su motosikli. □ Skuterdə gəzinti.

Azərbaycan dilinin izahlı lüğəti

slenq [slenk'] isim ing. slang – jarqon

Dilçilik. Hər hansı ictimai qrupun, zümrənin (daha çox gənclərin) leksikonuna daxil olmuş, yaxud yeni məna (çox zaman məcazi) kəsb etmiş söz və ya ifadə, jarqon; məs.: efir, risovka, yeri var, bomba, super və s. □ Danışıqda slenq işlətmək.

Azərbaycan dilinin izahlı lüğəti