Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

siklon [sik'lon] isim yunan

Coğrafiya. Mərkəzində təzyiqin xeyli aşağı düşdüyü genişmiqyaslı atmosfer burulğanı. □ Tropik siklon.

Həmçinin bax:

coğrafiya: stasionar siklon coğrafiya: tropik siklonlar coğrafiya: tropikdənkənar siklon Azərbaycan dilinin izahlı lüğəti

silikon [silik'on] isim lat. silex (silicis) – çaxmaqdaşı

Kimya. Polimerlərə aid olan siloksan maddə. □ Silikon istiliyə davamlılığı və elektriki keçirməməsi ilə fərqlənir.

Azərbaycan dilinin izahlı lüğəti

sillabus [sillabus] isim lat. syllabus – siyahı

Pedaqogika. Ali məktəblərdə, gimnaziya və liseylərdə tədris olunan fənlərin, keçilən konkret mövzuların izahını müəyyən şərhlərlə verən xüsusi proqram. □ Sillabus yazmaq.

Azərbaycan dilinin izahlı lüğəti

sillogizm [sillagizm] isim yun. sillogismos – nəticə çıxarıram

Fəlsəfə. Verilmiş iki mühakimə və onlardan çıxan məntiqəuyğun əqli nəticə. □ Sillogizm qurmaq.

Azərbaycan dilinin izahlı lüğəti

siluet [siluyet] isim fr. silhouette < xüs. kağızı kəsməklə insanların profilini yaradan fransız baş maliyyə nəzarətçisi E. de Siluetin adından

İncəsənət. Qrafika texnikası növü, fiqur və əşyaların əlavə detalları olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri; kölgə. □ Siluet qrafik üsulla çəkilir, yaxud kağızdan kəsilib hər hansı fon üzərinə yapışdırılmaqla alınır.

Azərbaycan dilinin izahlı lüğəti

simbioz [simbiyoz] isim yun. symbiosis – birgə yaşayış

1. Biologiya. İki növdən olan fərdlərin hər ikisi üçün yararlı birgə yaşayış forması. □ Göbələklərin simbiozu.

2. Məcazi mənada: müxtəlif sənət sahələrində (kino, musiqi, televiziya və s.) ifadə vasitələrinin, ictimai münasibətlər sistemində (daha çox siyasi davranışlarda) fərqli qrupların və ya fərdlərin birləşməsi. □ Simbioz düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

sim-kart [sim-k'art] isim ing. SIMSubscriber Identification Module – abr. abonentin identifikasiya modulu + kart

Mobil telefonlarda nömrə yazılan elektron kart. □ Sim-kart istifadəçisi.

Azərbaycan dilinin izahlı lüğəti

simmetriya [simmetriya] isim yun. symmetria – mütənasiblik

Bütöv bir şeyin hissələrinin mərkəzə, ortaya görə uyğun, mütənasib düzülüşü, yerləşməsi; düzülüşcə uyğunluq, mütənasiblik. □ Simmetriyanı gözləmək.

Azərbaycan dilinin izahlı lüğəti

simpatiya [simpatiya] isim yun. sympatheia – daxili rəğbət, meyil

Bir insana qarşı rəğbət, meyil, cazibə. □ Qarşılıqlı simpatiya.

Azərbaycan dilinin izahlı lüğəti

simptom [simptom] isim yun. symptoma – əlamət, eynilik

1. Tibb. Xəstəliyin xarakterik əlamətləri. □ Qızılcanın simptomları.

2. Hansısa dəyişikliyin təzahür edən, sezilən əlamətləri. □ İnflyasiyanın simptomları.

Azərbaycan dilinin izahlı lüğəti

simulyasiya [simulyasiya] isim lat. simulatio – yalançılıq

Bir şeyi yalandan etmək, göstərmək, oxşatmaq; aldatmaq məqsədilə bir şey haqqında yanlış təsəvvür yaratmaq. □ Sağlam adamların bilə-bilə özünü ruhi xəstə kimi göstərməsi, yaxud futbol­çunun yalandan yıxılması simulyasiyadır.

Azərbaycan dilinin izahlı lüğəti

simvolika [simvolik'a] isim yun. symbolic – işarə, fərqləndirici əlamət, rəmz

Fikirləri, məfhumları və ya duyğuları şərti işarələr (simvollar) vasitəsilə ifadə etmə. □ Milli dəyərlərin simvolikası.

Azərbaycan dilinin izahlı lüğəti

sinaqoq [sinaqok'] isim yun. synagoge – yığıncaq, iclas

İlahiyyat. Yəhudi məbədi; yəhudilərin dini təşkilatı; həmin təşkilatın ibadətgahı. □ Sinaqoq ravvin tərəfindən idarə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

sindrom [sindrom] isim yun. syndrome – birləşmə, qovuşma

1. Tibb. Eyni patogenezə malik simptomların məcmusu; xəstəlik əlamətlərində özünü göstərən uyğunluq, oxşarlıq. □ Daun sindromu.

2. Məcazi mənada: vaxtilə baş vermiş və məşhurlaşmış hadisəyə (təzahürə) bənzər hadisəni adlandırmaq üçün işlədilən ifadə. □ “Sindrom” sözü, adətən, oxşadılan hadisənin, varlığın adına artırılır; məs.: Herostrat sindromu – məşhurlaşmaq naminə cinayət törətmək.

Həmçinin bax:

jurnalistika: Stokholm sindromu Azərbaycan dilinin izahlı lüğəti

sinergetika [sinergetik'a] isim ing. synergetics < yun. synergeia – əməkdaşlıq, birgə hərəkət

Müxtəlif amillərin birgə təsiri ilə yaranan hadisələri öyrənən elm sahəsi. □ Sinergetik enerji.

Azərbaycan dilinin izahlı lüğəti