ing. Stockholm Syndrome
Aqressiya qurbanları, zərərçəkənlərlə cinayətkarlar arasında qarşılıqlı rəğbətin yarandığı şəraiti əks etdirən termin.
S.S. psixologiyada cinayətkarla zərərçəkən arasında travmatik əlaqənin formalarından biri kimi izah edilir. Jurnalistikada isə bu anlayışdan müəyyən tələblərə nail olmaq üçün insanları girov götürən şəxslərə, terroristlərə medianın haqq qazandırmağa çalışdığı hallarda istifadə olunur. Termin 1973-cü ildə həbsxanadan qaçmış bir nəfərin Stokholmda üç bank işçisini girov götürməsi hadisəsindən sonra yaranıb. Həmin vaxt girovlar İsveçin baş nazirinə zəng vuraraq caninin haqlı tələblərini yerinə yetirməyi xahiş etmişdilər, xüsusi təyinatlı qüvvələrin keçirdikləri əməliyyat nəticəsində azad olunduqdan sonra isə onun müdafiəsi üçün öz pullarına vəkil tutmuşdular. Media da cinayətkara rəğbət ifadə edən materiallar yaymışdı.
Jurnalistika terminləri lüğəti