1. Günün başlanğıcı, günün ilk saatları; səhər, sübh. □ Sabah erkən. Sabah yeli. Sabah ertə. Sabah günəşi.
2. Bu gündən sonra gələcək gün, ertəsi gün. □ Bu günün işini sabaha qoyma. (Atalar sözü).
3. Məcazi mənada: gələcək mənasında. □ ... onu demək istəyirəm ki, sabah sizin, gələcək sizindir! (S.Rəhimov).
See also:
1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyişməyən, tərpənməz; daimi. □ Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.
2. Məcazi mənada: səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran, fikrindən, əqidəsindən dönməyən. □ Bircə Zeynal bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi. (Y.V.Çəmənzəminli).