1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). □ Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. (M.Hüseyn).
2. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc, qüllə. □ Qız qalası. Mərdəkan qalası.
3. Həbsxana, dustaqxana, qazamat.
4. Arxaizm. Şəhər. □ ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. (M.F.Axundzadə).
5. Məcazi mənada: dayaq, arxa, müdafiəçi, istinadgah.
Azərbaycan dilinin izahlı lüğəti1. Binanın daxili hissələrini birləşdirən dar, üstüörtülü yer və ya bina boyunca uzanan eyvan. □ Binanın qalereyası.
2. Daimi sərgilərin keçirildiyi yer. □ Rəsm qalereyası.
3. Məcazi mənada: bir şeyin ardıcıl sıralanması. □ Obrazlar qalereyası.
Həmçinin bax:
1. Beynəlxalq konfransların və ya qurumların qəbul etdikləri tövsiyə xarakterli qərarın bir növü. □ Qarabağa dair qətnamə.
2. Birinci instansiya məhkəməsinin mülki işlərə mahiyyəti üzrə baxması və həll edərək çıxardığı nəticə barədə qərar. □ Məhkəmə qətnaməsi.
Azərbaycan dilinin izahlı lüğəti