Pırtlaşmış halda olan; qarışmış, dolaşıq. □ Pırtlaşıq sap.
Bax: pırtlaşmaq.
Bir-birinə qarışmaq, dolaşmaq, pırtlaşıq düşmək, bir-birinə qarışaraq nizamsız hala düşmək. □ Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb barmaqlarına ilişir. (N.Vəzirov).
Zoologiya. Peyinliklərdə, rütubət yerlərdə yaşayan qabığı bərk qara böcək. □ ...Saraydan enərkən çıxdı qarşıma; Pıspısa, süsəli, ya cırcırama. (M.Şəhriyar).
1. Botanika. Kolluq və zibilliklərdə bitən ikiillik, yumru şəkildə olan üstü tikanlarla örtülü, dəydiyi şeyə yapışıb qopmayan ot-bitki. □ Pıtrağın bütün növləri alaq bitkisidir.
2. Zərf kimi: çox sıx. □ Pıtraq meyvə gətirmək.
Üfüqi çəkilmiş simləri olan hündür yeşik şəklində fortepiano növü. □ Pianino çalmaq.
Pianino çalan musiqiçi.
Musiqi. Fortepianoda çalma məharəti, yaxud fortepiano musiqisinin səciyyəvi xüsusiyyəti.
Pianino. □...pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi. (Y.V.Çəmənzəminli).
Musiqi. Çox yavaş, astadan (çalğı haqqında). □ Bir yanda kağıza mən söz yazıram; Bir yanda sevgilim piano çalır. (S.Vurğun).
Bax: pianinoçu.
1. Maliyyə. Qədim ispan sikkəsi pesonun italyanca adı.
2. Maliyyə. 1844 və 1916-cı illərdə Türkiyənin pul vahidi.
3. Maliyyə. Misir, Suriya, Sudan və Livanın pul vahidi.
Vint. □ Piçlə bağlamaq.
Bax: vintburan.
Antik dövrlərdə taxıl və başqa təsərrüfat ehtiyatlarını saxlamaq üçün böyük gil qab. □ Egey pifosları. Yunan pifosları bəzəksiz olurdu.
Xələt əvəzinə geyilən yüngül parçadan tikilmiş pencək və şalvardan ibarət yatmaq və ya ev paltarı. □ Kişi pijaması. Qadın pijaması.