1. Yavaşcadan, pıçıltı ilə demək (çox vaxt “qulağına” sözü ilə). □ Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı. (Ə.Məmmədxanlı).
2. Məcazi mənada: obrazlı təşbehlərdə yavaşcadan, pıçıltı ilə demək. □ Qovaq ağaclarının yarpaqları sanki yoldan ötənlərə nağıllar pıçıldardı. (Ə.Məmmədxanlı).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir-biri ilə pıçıltı ilə danışmaq, söhbət etmək. □ Həmzə Allahqulu ilə bir az pıçıldaşıb, sonra dedi. (Ə.Əbülhəsən).
2. Məcazi mənada: obrazlı təşbehlərdə bir-biri ilə pıçıltı ilə danışmaq, söhbət etmək. □ Ləpələr pıçıldaşır. Gülün üzü işıqlandı; Pıçıldaşdı çəmən, çiçək. (M.Dilbazi).
Azərbaycan dilinin izahlı lüğəti1. Səs tellərinin iştirakı olmadan, yavaşca danışıq. □ Ovçu ağlamsınmış bir pıçıltı ilə öz-özünə dilləndi. (M.Rzaquluzadə).
2. Məcazi mənada: obrazlı təşbehlərdə yavaşca danışıq. □ Uzaqdan dərə sularının xəlvət pıçıltılara bənzəyən səsi gəlirdi. (MirCəlal).
Azərbaycan dilinin izahlı lüğəti