1. Təəssüf, məyusluq, peşmançılıq, narazılıq və s. hissləri ifadə edir. □ Ox, bu nə işdir, elədim. Ox, başımız getdi. Ox, sənin əlindən haraqaçaq?
2. Heyrət, təəccüb, heyranlıq, həsrət ifadə edir. □ Ox, belə bir gözəl oğlandan əl çəkmək olarmı? (C.Cabbarlı).
3. Sevinc, şadlıq, məmnunluq ifadə edir. □ Ox, nə gözəl havadır.
4. Nəvaziş, şəfqət, oxşama məqamında işlənir. □ Ox, oğlum!
1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). □ Oxu yaya qoymaq. Oxla ovu vurmaq.
2. İstiqamət göstərmək üçün həmin mil şəklində işarə.
3. Maşının, mexanizmin və s.-nin hərlənən hissəsinin, habelə çarxın keçirildiyi mil, tir. □ Avtomobilin oxu.
4. Mehvər. □ Yer kürəsinin oxu. Planetlərin öz oxları ətrafında fırlanması.
5. Hər hansı cismin simmetriya və ya ağırlıq mərkəzindən keçən düzxətt. □ Təyyarənin oxu. Fırlanma oxu.
See also: