Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

narkotik [nark'otik'] isim yun. narke – yuxu

Mərkəzi sinir sistemini keyləşdirən bitki mənşəli maddə. □ Narkotikdən təbabətdə ağrıkəsici və yuxuladıcı dərman kimi istifadə edilir.

Azərbaycan dilinin izahlı lüğəti

narkomaniya [nark'amaniya] isim yun. narke – yuxu + maniya

Narkotik maddələrə aludəçilik nəticəsində fiziki və psixi funksiyanın pozulmasına gətirib çıxaran ağır xəstəlik.

Azərbaycan dilinin izahlı lüğəti

narkoz [nark'oz] isim fr. narcose < yun. naruosis – keyitmə

Müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsi. □ Narkoz zamanı insanda əzələlər boşalır, huş, refleks və ağrı hissi zəifləyir və ya tamamilə itir.

Azərbaycan dilinin izahlı lüğəti

natura [natura] isim lat. natura – doğulma, anadan olma

1. Gerçəkdə mövcud olan; təbii şərait, real obyekt.

2. Ödəmə vasitəsi kimi çıxış edən mal və ya xidmət. □ Natura ilə ödəniş.

3. İnsanın xarakteri, xasiyyəti və temperamenti. □ Xoşagələn natura.

Həmçinin bax:

jurnalistika: natura çəkilişi Azərbaycan dilinin izahlı lüğəti

naturalizm [naturalizm] isim fr. naturalisme < lat. natura

XIX əsrin sonlarında Fransada yaranmış və həyatı olduğu kimi, bütün ağrı-acıları, bütün sosial-bioloji eybəcərlikləri ilə göstərməyi vacib sayan cərəyan. □ Realizmdən fərqli olaraq naturalizm təbiət qanunlarını cəmiyyət qanunları ilə eyniləşdirir, həyatı fotoqrafik tərzdə verməyi üstün sayır.

Azərbaycan dilinin izahlı lüğəti

naviqasiya [naviqasiya] isim latın

1. Nəqliyyat. Hərəkət edən obyektin bir yerdən başqa yerə çatması üçün yol seçməyin və optimal marşrut yaratmağın üsullarını öyrənən elm.

2. Nəqliyyat. Hərəkət edən hər hansı obyektin bir yerdən başqa yerə çatması üçün yolun seçilməsi və optimal marşrutun yaradılması prosesi.

3. Nəqliyyat. Müəyyən ərazidə iqlim şərtlərindən asılı olaraq hərəkətin mümkün olduğu zaman kəsiyi.

Həmçinin bax:

coğrafiya: astronomik naviqasiya coğrafiya: avtomobil naviqasiyası coğrafiya: kosmik naviqasiya coğrafiya: peyk naviqasiyası coğrafiya: yeraltı naviqasiya Azərbaycan dilinin izahlı lüğəti

nekroloq [nek'rolok'] isim yun. nekroloq < nekros – ölü + ...logiya

Kiminsə vəfatı ilə əlaqədar onun həyat və fəaliyyətini əks etdirən məqalə. □ Qəzet nekroloqu.

Azərbaycan dilinin izahlı lüğəti

neqativ [neqativ] isim lat. negativus – mənfi

1. Təsvirin inversiya (ağın qara rənglə, qaranın isə şəffaf) üsulu ilə verildiyi foto, kinolent.

2. Sifət kimi məcazi mənada: arzuolunmaz, mənfi, əksəriyyətin qəbul etmədiyi. □ Neqativ məqamlar.

Həmçinin bax:

jurnalistika: neqativ informasiya Azərbaycan dilinin izahlı lüğəti

neologizm [niyalagizm] isim yun. neos – yeni + ...logiya

Dilçilik. Cəmiyyətdə və texnoloji tərəqqidə yeni anlayışların meydana gəlməsi ilə bağlı başqa dillərdən mənimsənilən, yaxud dilin daxili imkanları hesabına yaranan yeni söz və ya ifadələr. □ Neologizmləri seçmək.

Azərbaycan dilinin izahlı lüğəti

netbuk [netbuk'] isim ing. netbook < net – tor + book – kitab

Kiçikölçülü, qismən məhdud imkanlı mini-notbuk. □ Netbukda yazmaq.

Azərbaycan dilinin izahlı lüğəti

nevroz [nevroz] isim yun. neuron – damar, əsəb

1. Tibb. Ruhi sarsıntı, psixi gərginlik və s. nəticəsində mərkəzi sinir sisteminin pozulması; əsəbi-ruhi xəstəlik. □ Nevrozun əsas əlamətləri: tez-tez həyəcanlanma, yersiz qorxu, gələcəklə bağlı tərəddüd və şübhələr.

2. Məcazi mənada: cəmiyyətdə, ictimai həyatda gərginlik, bu gərginliyin əlaməti olan impulsiv davranış və hərəkətlər. □ İctimai nevroz.

Azərbaycan dilinin izahlı lüğəti

neyro… [neyro] yun. neuron – damar, əsəb

Bir sıra sözlərin əvvəlində gələrək beyin, beyin hüceyrələri və mərkəzi sinir sisteminə aid terminlər yaradır; məs.: neyroanatomiya, neyropsixologiya və s. □ Neyrocərrahiyyə şöbəsi.

Azərbaycan dilinin izahlı lüğəti

neytral [neytral] sifət lat. neutralis – heç birinə məxsus olmayan

1. Mübarizə aparan tərəflərdən heç birinə qoşulmayan, mübahisələrdən kənar duran. □ Neytral tərəf.

2. Hüquq. Başqa ölkələr arasında gedən müharibələrə qoşulmayan dövlətin hüquqi vəziyyəti. □ Neytrallığı saxlamaq.

3. Kimya. Nə turşu, nə qələvi reaksiyası verməyən. □ Neytral məhlul.

4. Elektrotexnika. İsim kimi: çoxfazalı elektrik generatorları, transformatorları və s. qurğuların dolaqlarının ümumi nöqtəsi.

Həmçinin bax:

jurnalistika: neytral informasiya coğrafiya: neytral sular coğrafiya: neytral torpaqlar coğrafiya: neytral zona Azərbaycan dilinin izahlı lüğəti

nihilizm [nihilizm] isim lat. nihil – heç nə, heç şey

Fəlsəfə. Hamının qəbul etdiyi əxlaq normalarına, ümumbəşəri dəyərlərə, qayda və prinsiplərə qarşı çıxma; tam inkarçılıq. □ “Nihilizm” məfhumunu elmə filosof F.Q.Yakobi gətirsə də, ilk dəfə F.Nitsşe ümumavropa təzahürü kimi hərtərəfli təhlil etmişdir.

Azərbaycan dilinin izahlı lüğəti