Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

motorika [matorik'a] isim lat. motor – hərəkətə gətirən

Tibb. Orqanizmin və onun ayrı-ayrı hissələrinin hərəkət fəallığı: hərəki hallar, həmçinin bu hallarla bağlı olan fizioloji və psixoloji proseslərin məcmusu. □ Motorika dedikdə hansısa tapşırığı yerinə yetirmək üçün lazım olan hərəkətlər toplusunun davamlılığı nəzərdə tutulur.

Azərbaycan dilinin izahlı lüğəti

mozaika [mazayk'a] isim fr. mosaique; ital. musaico < lat. musivum – muzalara həsr edilən

1. İncəsənət. Rəngli daşlar və ya keramik lövhələrlə işlənmiş şəkil, naxış, ornament. □ Mozaika üslubu.

2. İncəsənət. Bu cür şəkillərdən ibarət monumental-dekorativ və tətbiqi incəsənət növü. □ Mozaika sənəti.

3. Məcazi mənada: müxtəlif mənşəli, bir-biri ilə əlaqəsi olmayan çoxsaylı elementlərin birləşməsi. □ Mozaika yaratmaq.

Azərbaycan dilinin izahlı lüğəti

multi... [multi] lat. multum – çoxlu

Müxtəlif sözlərə qoşularaq “çoxlu”, “təkrarlanan” mənalarını bildirən hissəcik; məs.: multimedia, multimilyoner və s.

Azərbaycan dilinin izahlı lüğəti

multimedia [multimediya] isim multi... + media

Mətni, qrafik təsvirləri, görüntünü və səsi birləşdirən və canlandıran qurğu, qurğular sistemi. □ Multimedia vasitələri.

Həmçinin bax:

jurnalistika: multimedia proqramları jurnalistika: multimedia resursları jurnalistika: multimedia texnologiyaları Azərbaycan dilinin izahlı lüğəti

mutant [mutant] isim lat. mutatio – dəyişmə, dəyişiklik

1. Müxtəlif səbəblərdən, o cümlədən eksperiment nəticəsində canlı hüceyrələrdə baş verən proseslərlə bağlı bütövlükdə dəyişikliyə məruz qalan orqanizm.

2. Məcazi mənada: əsil-nəcabəti bilinməyən, həyat prinsipləri olmayan nadürüst və naqis adam. □ Mutanta bənzəmək.

Azərbaycan dilinin izahlı lüğəti

mutasiya [mutasiya] isim lat. mutatio – dəyişmə, dəyişiklik

Biologiya. Ətraf mühitin təsiri altında orqanizmdə yeni bioloji əlamətin, xassənin əmələ gəlməsi. □ Mutasiyaya uğramaq.

Azərbaycan dilinin izahlı lüğəti

müsafir [müsa:fir] isim ər. – qonaq

1. Səfərə gedən; səyahətə çıxan adam; səyyah. □ Müsafir olmaq.

2. Qonaq; mehmanxana, karvansara və s. yerdə müvəqqəti yaşayan adam. □ Müsafir qəbul etmək.

Azərbaycan dilinin izahlı lüğəti

müsaidə [müsa:idə] isim ər. – icazə

1. İzin, icazə, rüsxət, razılıq. □ Müsaidə vermək.

2. Elektrotexnika. Verilən dəqiqlik sinfinə müvafiq olaraq hər hansı bir parametrin onun nominal ölçüsündən yol verilə bilən meyletmələrinin ədədi xarakteristikası.

Azərbaycan dilinin izahlı lüğəti

müsavat [müsa:vat] isim ər. – bərabərlik

1. Bərabərlik, eynilik, birgəlik. □ Müsavat ideologiyası.

2. Azərbaycanda milli demokratik partiyanın adı. □ “Müsavat”ın qurucusu və ilk rəhbəri Məhəmməd Əmin Rəsulzadə olub.

Azərbaycan dilinin izahlı lüğəti