1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. □ Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, gedəcək idilər. (N.Nərimanov).
2. Şəhərin, iri binalar olan, kəsişən yollar və ya meydanlar arasında yerləşən hissəsi; kvartal. □ Nərimanov prospektinin 513-cü məhəlləsi.
1. Ərəb qəməri təqviminin birinci ayı (şiələrin imamları bu ayda qətledildiyi üçün yas ayı hesab olunur). □ Məhərrəm ayı.
2. Bu ayda imamların qətli münasibətilə şiələrin tutduqları yas, saxladıqları matəm; təziyə, əza. □ Zibəs ki, giryə eylər gözlərim guya məhərrəmdir. (S.Ə.Şirvani).
1. Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. □ Xalq məhkəməsi. Ali məhkəmə.
2. Bu orqanların heyəti. □ Qalxın, məhkəmə gəlir! Məhkəmə işə baxdı.
3. Bu orqan tərəfindən işə baxılma. □ Məhkəmə iclası. Məhkəmədə çıxış etmək.
4. Bu orqanın iclası. □ Məhkəmə iki saat çəkdi.
5. İctimai qaydanı pozanların, yaxud yaramaz hərəkət edənlərin işinə baxmaq üçün hər hansı bir kollektivin üzvləri tərəfindən seçilmiş ictimai orqan, habelə belə işlərə baxma. □ Yoldaşlıq məhkəməsi.
Həmçinin bax: