1. Yorğan-döşək, xalça-palaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə. □ Məfrəşi çırpmaq.
2. İçində yorğan-döşək, xalça-palaz, yun və s. yığılmış həmin çuval, kisə. □ Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. (M.F.Axundzadə).
1. Nazik və ya qalın ip şəklində olan metal məmulat. □ Mis məftil. Polad məftil. Tikanlı məftil
2. Sifət kimi: həmin materialdan düzəldilmiş. □ Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsi Fərhadın vzvoduna tapşırılmışdı. (Ə.Vəliyev).
1. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir; olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). □ Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək?
2. Bağlayıcı kimi: ancaq, fəqət. □ Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. (N.Vəzirov).