1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. □ Mədəni mühit. Varlı və mədəni həyat.
2. Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. □ Mədəni adam.
3. Mədəniyyətlə bağlı olan, mədəniyyətə aid olan. □ Əhalinin mədəni inkişafı. Xalqlar arasında mədəni əlaqə. Mədəni xidmət.
4. Əkilən, becərilən (yabanı, cır ziddi). □ Mədəni bitkilər.
Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. □ Mədəni gübrə.
See also:
1. İnsan cəmiyyətinin istehsal sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi nailiyyətlərin məcmusu. □ Maddi mədəniyyət nümunələri. Mədəniyyət sahəsində irəliləyiş.
2. Hər hansı bir xalqın və ya sinfin müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin səviyyəsi. □ Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. (M.İbrahimov).
3. Təsərrüfat və ya zehni fəaliyyətin, hər hansı birisinin inkişaf səviyyəsi. □ İstehsalat mədəniyyəti. Nitq mədəniyyəti.
4. Savadlılıq, elmlilik, biliklilik. □ Yazıçı mədəniyyəti.
5. Cəmiyyətdə özünü apara bilmə; tərbiyəlilik; mədəni adamın tələblərinə uyğun olan həyat şəraitinin məcmusu. □ Yaşayış mədəniyyəti.
See also:
1. Həddindən artıq şişirdilmiş tərif; tərifləmə, vəsf. □ Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə.. mədhində davam etdi. (Y.V.Çəmənzəminli).
2. Ədəbiyyatşünaslıq. Birini mədh etmək, tərifləmək məqsədilə yazılmış şeir; mədhnamə, mədh.