Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

loqo isim diz. ing. logo < qəd. yun. loyos – söz

1. Bu və ya başqa təşkilatın, fərdi sahibkarın tanınma nişanı; qrafik işarə, emblem, rəmz.

Bir çox hallarda, həm də ticarət markası kimi çıxış edən L. identifikasiya etdiyi qurumun və ya fəaliyyətin təsdiqləyicisi kimi çıxış edir. □ AzTV-nin loqosu.

2. Uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan xüsusi metodika.

Əslində, L. 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) işlənib hazırlanmış proqramlaşdırma dilidır. Burada xüsusi komandalar icraçısı kimi tısbağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, burada hərəkət edən bağa fiquru da yerini dəyişən zaman iz qoyur. Onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da uşaqlar təkcə proqramlaşdırma dilinin elementlərini deyil, həm də alqoritmləşdirməni asanlıqla öyrənə bilirlər. Bağa “obyekt-fikir” əlaqəsini təmin edir, yəni əvvəlcə döşəmədə sürünən mexaniki tısbağadan, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunur. Bu isə L. dilinə müəyyən gözəllik və cazibədarlıq verir. Uşaqlar bağaya irəli, sağa, sola, geri hərəkətlə bağlı sadə komandalar verməklə ona “hərəkət etməyi”, yaxud “düşünməyi” öyrədir, onu hərəkət və fikirlərini anlamağa vadar edirlər. Buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. □ Loqo proqram dilidir.

Azərbaycan dilinin izahlı lüğəti