1. Üstündə nömrələr (ya şəkillər) olan xüsusi kartlarda oynanılan biroyun (bu oyunun xüsusiyyəti ondan ibarətdir ki, rəqəmlərin, ya şəkillərin tam sırasını kim tez örtərsə, o, oyunu udur). □ Loto oynamaq. Lotoda udmaq.
2. Bu oyuna lazım olan xüsusi nömrələnmiş kartlar və daşlar. □ Mağazadan loto almaq. Loto qutusu.
1. Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz, hərif; qeyri-ciddi adam, fırıldaqçı, cüvəllağı, tülüngü. □ Bu qədər şeylər mənim, sən de, nəyin var, ay lotu? (Ə.Nəzmi).
2. Kefcil, hal əhli, əhli-kef. □ Görükür ki, qazı lotudu və yaxşı adamdı. (C.Məmmədquluzadə).
3. Qeyri-qanuni ər; aşna.
Fırıldaqla, kələklə, əyri yollarla baş girləyən adam; kələkbaz, hərif; qeyri-ciddi adam, fırıldaqçı, cüvəllağı, tülüngü. □ Yox, elə deyil. Başımızın çarəsi Mirzə Həsən kimi lotu-bambılıları, ac-gicikləri aradan götürməkdir. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Kələkbazlıq, fırıldaqçılıq, biclik, hiyləbazlıq. □ Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. (Ə.Haqverdiyev).
2. Zarafat etmək, kələkbazlıq etmək. □ Qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir, sən də inanırsan. (Ü.Hacıbəyov).