1. Elmi və ya texniki təcrübələr, tədqiqat üçün xüsusi təchiz olunmuş bina, otaq; belə təcrübə, tədqiqat aparılan müəssisə. □ Kimya laboratoriyası. Fizika laboratoriyası.
2. Məcazi mənada: yaradıcılıq işi ilə məşğul olan sənətkarın fəaliyyət sahəsi. □ Yazıçının yaradıcılıq laboratoriyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. □ Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. (R.Əfəndiyev).
2. Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri.
3. Məcbur, çarəsiz, əlacsız, naçar, istər-istəməz, məcburiyyət qarşısında.
1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. □ Laçın yatağıdır bizim məkanlar. (Q.Zakir).
2. Məcazi mənada: müqayisələrdə cürət, hünər, igidlik rəmzi kimi işlənir.
3. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə. □ Laçın gözlü.
1. Mükalimə, söhbət, danışıq, söz. □ Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? (M.Füzuli).
2. Boş söhbət, laqqırtı, əməli əhəmiyyəti olmayan söz, lüzumsuz və bihudə söz. □ Hələlik gəl unudaq filməsəl öz lafımızı; İddiamızca açaq ayineyi-safımızı. (M.Ə.Sabir).
See also: