Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

labirint [labirint] isim yun. labyrinthos – dolaşıqlıq

1. Qədim Misirdə və Yunanıstanda hədsiz mürəkkəb quruluşu olan, qəsdən dolaşıq yollar qoyulmuş, giriş və çıxışını tapmaq çətin olan xəzinə yeri. □ Labirintdən çıxmaq.

2. Yol və keçidləri dolaşıq, tapılması çətin olan ünvan. □ Labirintlə getmək.

3. Pedaqogika. Uşaqlarda diqqət və motorikanı inkişaf etdirmək məqsədi daşıyan məntiqi oyun. □ Labirinti həll etmək.

4. Anatomiya. Qulağın spiral, dəhliz və yarımdairəvi kanallardan ibarət hissəsi.

5. Məcazi mənada: dolaşdırılmış, çox qarışıq, mürəkkəb situasiya. □ Labirintə düşmək.

Azərbaycan dilinin izahlı lüğəti

lakmus [lak'mus] isim holl. lakmoes < lak – qırmızı rəng + musz – sərinləşdirici içki

Dəniz yosunlarından alınan boyaq maddəsi. □ Lakmusdan istifadə etmək.

Azərbaycan dilinin izahlı lüğəti

lakonizm [lak'anizm] isim yun. lakonismos – xüs. Qədim Yunanıstan vilayəti Lakoniyanın adından. Bu vilayətin sakinləri olan spartalılar yığcam və dəqiq danışmaqları ilə məşhur olmuşlar

Fikrin ifadəsində konkretlik, dəqiqlik və yığcamlıq. □ Lakonizm cərəyanı.

Azərbaycan dilinin izahlı lüğəti

laureat [lauriyat] isim lat. laureatus < laurus – dəfnə

Elm, texnika, incəsənət sahəsində xüsusi mükafata layiq görülmüş şəxs. □ Qədim dövrlərdə laureat deyəndə hər hansı yarışda qələbəsinə görə dəfnə çələngi ilə mükafatlandırılmış adam nəzərdə tutulurdu.

Azərbaycan dilinin izahlı lüğəti

layner [layner] isim ing. liner < line – xətt

1. Müəyyən istiqamətdə müntəzəm reyslər həyata keçirən, sərnişin daşıyan böyük və sürətli dəniz gəmisi. □ Laynerlə dəniz səyahəti.

2. Çoxyerli və yüksək sürəti olan iri sərnişin təyyarəsi. □ Hava layneri.

Azərbaycan dilinin izahlı lüğəti

lazer [lazer] isim ing. laser – Light Amplification by Stimulated Emission of Radiation – abr. işığın məcburi şüalanma yolu ilə gücləndirilməsi

Yayılmayan, güclü və nazik şüa almaq üçün işığı konsentrasiya edən qurğu. □ Lazer ilk dəfə XX əsrin 60-cı illərində yaradılıb.

Həmçinin bax:

jurnalistika: lazer yazısı Azərbaycan dilinin izahlı lüğəti

legion [legiyon] isim lat. legio < legionis – hərbi toplanış

1. Hərbi. Tarix. Qədim Roma ordusunda ən yaxşı vuruşan yüksək intizamlı üç min piyada və üç yüz atlıdan ibarət döyüşçü dəstəsi. □ Roma legionu.

2. Hərbi. Bir sıra ölkələrdə müxtəlif məqsədlərlə müxtəlif kateqoriyalı döyüşçülərdən təşkil olunmuş xüsusi hərbi birləşmələrin adı. □ Xüsusi legion.

Azərbaycan dilinin izahlı lüğəti

legitim [legitim] sifət lat. legitimus – qanuni olan, qəbul edilən

Qanuni olan; əhalinin əksər hissəsinin dəstəklədiyi; xüsusən siyasi qüvvələrin çoxunun qəbul etdiyi, beynəlxalq birliyin tanıdığı. □ Hüquqda legitim prezident, legitim parlament kimi anlayışlardan istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

leqal [leqal] sifət fr. legal < lat. legalis – açıq, qanuni

Qanuni, qanunla icazə verilən, açıq (fəaliyyət). □ Leqal fəaliyyət.

Azərbaycan dilinin izahlı lüğəti

letargiya [letargiya] isim yun. lethargia < lethe – unutma + argia – fəaliyyətsizlik

1. Şüur və hərəkət qabiliyyətini itirməklə müşayiət olunan patoloji hal; uzunmüddətli yuxulamaq və yuxuyabənzər xəstəhal vəziyyət. □ Letargiya vəziyyəti.

2. Məcazi mənada: donuqluq, fəaliyyətsizlik, süstlük. □ Letargiyaya tutulmaq.

Azərbaycan dilinin izahlı lüğəti

leytmotiv [leytmativ] isim alm. leitmotiv – aparıcı motiv

1. Hər hansı əsərin (o cümlədən musiqidə) ana xətti, aparıcı, istiqamətverici motivi. □ Leytmotiv əsərin ideya-emosional yükünü özündə ən çox cəmləşdirən və əsər boyu təkidlə, bir neçə dəfə xatırlanan elementdir.

2. Bir kimsənin fəaliyyətində, yaxud hadisələr zəncirində üstünlük təşkil edən məqam və s. □ Hərəkatın leytmotivi.

Həmçinin bax:

jurnalistika: leytmotiv material Azərbaycan dilinin izahlı lüğəti

liberalizm [liberalizm] isim fr. liberalisme < lat. liberalis – azad

1. Politologiya. Demokratik azadlıqları, azad sahibkarlığı və parlament quruluşunu dəstəkləyən ideoloji və siyasi cərəyan. □ Liberalizmin gücləndirilməsi.

2. Məcazi mənada: həddən artıq yumşaqlıq, barışdırıcılıq, güzəştə getmə. □ Qiymət siyasətində liberalizm.

Azərbaycan dilinin izahlı lüğəti