Müqavilə, bağlaşma; ölkələr, firmalar və s. arasında hüquqi münasibət, vəzifələrin müəyyən olunması, dəyişilməsi və ya ləğv edilməsi haqqında iki və çoxtərəfli yazılı razılaşma. □ Kontrakt bağlamaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Predmetin, obyektin formasını, sərhədlərini göstərən xətt. □ Qurğunun konturları.
2. Müzakirə, problem, məsələ və s.-nin tematik çərçivəsi, hüdudları. □ Diskussiyanın konturlarını cızmaq.
3. Mobil rabitədə danışıq balansının limitləşdirilmiş müddət göstəricisi. □ Kontur yükləmək.
4. Elektrotexnika. Keçiricilərin qapalı dövrəsi.
See also:
Hər hansı beynəlxalq miqyaslı problemlə (terrorla mübarizə, ekologiya və s.) bağlı xüsusi əməkdaşlıq sahəsində hökumətlərarası müqavilə. □ BMT-də beynəlxalq hüququn məcəllələşdirilməsi də konvensiya adlanır.
Azərbaycan dilinin izahlı lüğəti1. Vaxtı ilə buraxılmış dövlət istiqrazı şərtlərinin dəyişilməsi (faizin azalması, ödəmə vaxtının dəyişilməsi və s).
2. Hərbi-sənaye şirkətinin xalq tələbatına uyğun məhsullar istehsal edən şirkətə çevrilməsi (yaxud əksinə). □ Konversiya prosesi.
3. Dilçilik. Bir nitq hissəsinə aid olan sözün cümlədə başqa nitq hissəsi kimi işlənməsi; məs., “Ahın göyləri titrətdi” cümləsində “ah” nida olsa da, isim kimi işlənmişdir. □ Konversiya hadisəsi.
4. Kimya. Qaz qarışığının ilkin tərkibini dəyişdirmək üçün qazların yenidən emalı prosesi.
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı hadisə, iş və prosesin gedişinə təsir edən şəraitin yaranması üçün şərtlər məcmusu. □ Müxtəlif proseslər və meyillərin qarşılıqlı əlaqəsi nəticəsində hər an iqtisadiyyatda müəyyən vəziyyət yarana bilər ki, bu da konyunktur adlanır.
2. Mövcud ictimai-siyasi şəraitin ədəbiyyat, incəsənət qarşısında qoyduğu tələblər (adətən, mənfi çalarda işlənir). □ Konyunktura uyğunlaşmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Əməyin təşkili formalarından biri. □ Kooperasiya şəraitində insanlar eyni, yaxud bir-biri ilə əlaqəsi olan müxtəlif əmək prosesində birgə fəaliyyət göstərir.
2. Tərkibinə daxil olan üzvlərinin öz vəsaiti hesabına yaradılan sənaye, ticarət və s. birliyi. □ Kənd təsərrüfatı kooperasiyası.
Azərbaycan dilinin izahlı lüğətiİşin, prosesin elementləri arasında qarşılıqlı əlaqələrin effektiv qurulmasına yönəldilmiş fəaliyyət; effektiv nəticə almaq məqsədilə qarşılıqlı birgə hərəkətlərin əlaqələndirilməsi, ümumi fəaliyyətin tənzimlənməsi. □ Koordinasiya mərkəzi.
Azərbaycan dilinin izahlı lüğətiSərhəd dəstəsi, postu; kütləvi tədbirlər zamanı hərəkəti məhdudlaşdırmaq, digər ərazilərə keçməsinin qarşısını almaq məqsədilə sıx düzülmüş mühafizə postu; belə dəstənin qərar tutduğu yer. □ Bəzən meşə və qoruqlarda qoyulmuş mühafizə postlarını da kordon adlandırırlar.
Azərbaycan dilinin izahlı lüğəti1. Tarix. Qədim yunan tamaşalarında xor rəhbəri.
2. Hər hansı sahədə (elm, incəsənət, ədəbiyyat və s.) görkəmli xadim; böyük əsərlər yaratmış, üslubu və yaradıcılıq tərzi ilə seçilən, öz sahəsində iz qoymuş yaradıcı şəxs, ustad sənətkar. □ Canlı korifey.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyin (canlı və ya cansız) gövdəsi. □ Korpusu irəli vermək.
2. Maşın, mexanizm, qurğu və aparatların qoruyucu üst hissəsi. □ Telefonun korpusu.
3. Eyni inzibati əraziyə daxil olan binalardan biri. □ Əsas korpus.
4. Hərbi. İri qoşun birləşməsi. □ Korpus komandiri.
5. Bəzi ölkələrdə qapalı hərbi təhsil ocağı. □ Korpus məzunu.
6. Rəsmi nümayəndəlik. □ Diplomatik korpus.
7. Poliqrafiya. Keqli 10 punkta (3,76 mm-ə) bərabər olan mətbəə şrifti.
See also: