Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kantata [k'antata] isim ital. cantata < cantare – oxumaq

Musiqi. Əsasən, xorla oxunan təntənəli musiqi əsəri. □ “Şəbi-hicran” kantatası.

Azərbaycan dilinin izahlı lüğəti

kantri [k'antri] isim ing. country music – kənd musiqisi

1. Musiqi. Şimali Amerika musiqisində folklor üslubu. □ Kantri ritmi.

2. Musiqi. Əsasən, simli alətlər vasitəsilə ifa olunan, melodikliyi, coşqun ritmi ilə fərqlənən, daha çox gənclər arasında yayılmış müasir musiqi növü. □ Kantri ifaçısı.

Azərbaycan dilinin izahlı lüğəti

kapella [k'apella] isim ital. cappella < lat. capella – kilsə

1. İncəsənət. Katolik və anqlikan memarlığında bir kübar ailəsinin ibadət etməsi, dini əşyaların saxlanması, kilsə xorunun yerləşdirilməsi və s. üçün inşa edilən kiçik qurğu, yaxud otaq, yer.

2. Musiqi. Xor kollektivi; müğənni, çalğıçılar və musiqiçilərdən ibarət olan ansambl. □ Xor kapellası.

Azərbaycan dilinin izahlı lüğəti

kapital [k'apital] isim fr., ing. capital < lat. capitalis – əsas

1. Dövriyyəyə (istehsala, biznesə və s.) buraxdıqda əlavə gəlir gətirən əsas vəsait, pul, dəyər, sərmayə. □ Kapital qoymaq.

2. Məcazi mənada: ümumiyyətlə, ən dəyərli, ən qiymətli, ən əhəmiyyətli şey.

See also:

jurnalistika: nizamnamə kapitalı Azərbaycan dilinin izahlı lüğəti

kapitulyasiya [k'apitulyasiya] isim lat. capitulatio – təslim olmaq

Döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsi. □ Kapitulyasiya qərarı vermək.

Azərbaycan dilinin izahlı lüğəti

kapriççio [k'apriççiyo] isim ital. capriccio – kapriz

Musiqi. Sərbəst quruluşu olan və oynaq xarakterli musiqi əsəri; virtuoz xarakterli, təsirli instrumental pyes.

Azərbaycan dilinin izahlı lüğəti

kapsul [k'apsul] isim lat. capsula – kiçik qutu

1. Hava buraxmayan hermetik qapalı qutu. □ Kapsul forması.

2. Jelatin örtüyü və ya yüngül üst qabığı olan dərman, həb. □ Kapsul atmaq.

Azərbaycan dilinin izahlı lüğəti

karantin [k'arantin] isim fr. quarantaine – qırx gün

Yoluxucu xəstəlik yayılmış yerdən gələn adamları, malları və s.-ni yoxlamaq üçün səhiyyə məntəqəsi; yoluxmuş və ya yoluxma ehtimalı olan adamların sanitar nəzarəti altında saxlanması. □ Karantin müddəti.

Azərbaycan dilinin izahlı lüğəti

karat [k'arat] isim alm. karat < ital. carato < ər. kirat < yun. keration – toxumları kütlə vahidi kimi istifadə olunan

Zərgərlikdə qiymətli daşların çəkisini, ərintidə xalis qızılın kütləsini müəyyənləşdirmək üçün istifadə olunan, 0,2 qrama bərabər beynəlxalq ölçü vahidi. □ Bir karat almaz.

Azərbaycan dilinin izahlı lüğəti

karate [k'arate] isim yap. – hərf. yalın əllə

İdman. Yapon əlbəyaxa döyüş növü. □ Silahsız döyüş növü olan karatedə döyüşçü rəqibin bədəninin həssas yerlərinə əl və ayaqla zərbələr vurmaqla onu zərərsizləşdirməyə çalışır.

Azərbaycan dilinin izahlı lüğəti

kardinal [k'ardinal] isim fr. cardinal < lat. cardinalis – əsas

1. Katolik kilsəsində Roma papasından sonra ali dini rütbə. □ Kardinal rütbəsi.

2. Əsaslı, köklü, əhəmiyyətli (qərar, dəyişiklik). □ Kardinal dəyişiklik.

See also:

frazeologizm: boz kardinal Azərbaycan dilinin izahlı lüğəti

karkas [k'ark'as] isim fr. carcasse

Bir şeyin skeleti, gövdəsi, əsası. □ Binanın karkası.

Azərbaycan dilinin izahlı lüğəti

kart-bla[k'art-blanş] isim fr. carte blanche – təmiz vərəq

1. Bir səlahiyyətli şəxsin ağ vərəqi imzalayaraq mətni yazmağı başqasına etibar etməsi. □ Kart-blanş sahibi.

2. Məcazi mənada: bir kəsin başqasına etimad göstərərək onun adından çıxış etmək səlahiyyəti verməsi; hüdudsuz səlahiyyət və hərəkət sərbəstliyi. □ Kart-blanş vermək.

Azərbaycan dilinin izahlı lüğəti

kartel [k'artel] isim fr. cartel < ital. cartello – vərəq, sənəd

İstehsalat və satışda monopoliya yaratmaq məqsədilə birləşmə. □ İri sənaye şirkətləri məhsulun istehsalını artırmaq və satış qiymətini birgə nizamlamaq yolu ilə maksimum gəlir əldə etmək üçün kartel yaradır.

Azərbaycan dilinin izahlı lüğəti

kartinq [k'artink'] isim ing. carting – xəritə

İdman. Avtomobil idmanı növü; “kart” tipli avtomobillərin yarışı; eləcə də həmin yarış üçün nəzərdə tutulan meydança. □ Kartinq yarışı.

Azərbaycan dilinin izahlı lüğəti