1. Vergi ödəməli olan şəxslərin siyahısı. □ Kadastr siyahısı.
2. Coğrafiya. Müəyyən obyektlər üzərində müşahidə aparmaq üçün müntəzəm əldə edilən sistemli məlumatlar toplusu. □ Kadastr planı.
Həmçinin bax:
Söz oyunu; tələffüzünə görə eyni və ya oxşar olan, amma mənaca fərqlənən sözlərin mətn daxilində bilərəkdən, məqsədli şəkildə oynadılması. □ Kalambur, adətən, gülüş yaratmaq məqsədilə parodiyalarda, yumor mətnlərində, dostluq şarjlarında və s.-də işlədilir.
Azərbaycan dilinin izahlı lüğəti1. Tez-tez dəyişən müxtəlifrəngli naxışları və fiqurları müşahidə etməyə imkan verən nazik optik boru, optik cihaz. □ Kaleydoskopa baxmaq.
2. Məcazi mənada: hadisələrin və vəziyyətlərin tez-tez, fasiləsiz dəyişməsi. □ Həftənin kaleydoskopu.
Azərbaycan dilinin izahlı lüğəti1. Odlu silahın lüləsinin, həmçinin güllənin və mərminin ölçüsü. □ Kiçik kalibr.
2. Bir şeyin böyük-kiçikliyini, formasını yoxlamaq üçün şkalasız ölçü aləti. □ Kalibri müəyyənləşdirmək.
3. Məcazi mənada: bir adamın şəxsi keyfiyyəti, ictimai nüfuzu, fiziki ölçüləri. □ İrikalibrli adam.
Azərbaycan dilinin izahlı lüğəti1. Kino çəkilişi üçün işlədilən aparat, çəkiliş avadanlığı, kinokamera. □ Müasir kamera.
2. Hər hansı cihazın, maşının, qurğunun, tikilinin daxilində qapalı, boş yer. □ Kiçik kamera.
3. Azsaylı tamaşaçılar və dinləyicilər üçün nəzərdə tutulan (musiqi əsəri). □ Kamera musiqisi.
4. Həbsxanada dustaqların salındığı otaq. □ Həbsxana kamerası.
Həmçinin bax:
1. Hərbi. Vahid məqsədə yönəlmiş hərbi əməliyyat və yürüşlər silsiləsi. □ Hərbi kampaniya.
2. Hər hansı vacib ictimai-siyasi, sosial-məişət və ya təsərrüfat probleminin həllinə nail olmaq üçün keçirilən silsilə tədbirlər. □ Seçki kampaniyası.
Həmçinin bax:
1. Müəyyən predmeti (tank, təyyarə və s.) xallı ləkələr, xətlərlə rəngləmək yolu ilə gizlətmək üsulu. □ Kamuflyaj geyim.
2. Məcazi mənada: bir kəsin və ya bir şeyin dəyişilmiş formada təqdimatı, hər hansı fəaliyyət və hərəkətlərin yanlış təsəvvür yaratmaq məqsədilə ört-basdır edilməsi. □ Kamuflyaj üsulu.
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Kral dəftərxanasının müdiri, möhürsaxlayan, məmur. □ Kansler vəzifəsi.
2. Almaniya və Avstriya kimi ölkələrdə hökumətin başçısı, baş nazir vəzifəsi. □ Almaniyanın kansleri.
3. Böyük Britaniyada baş xəzinədar – maliyyə naziri. □ Kanslerin sərəncamı.
Azərbaycan dilinin izahlı lüğəti