1. Başlanğıc, ilk, əvvəl. □ Ayın ibtidası.
2. Sifət kimi: ilk, birinci. □ Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqoji elminə qabil bir arvad idi. (N.Nərimanov).
3. Zərf kimi: əvvəlcə, ən əvvəl, ibtidada. □ İbtida ustaddan dərsim alanda; Oxuyub yetişdim, ay sinəsinə. (Aşıq Ələsgər).
1. Başlanğıca aid, ən əvvəl olan; ilk. □ Yaralılara ibtidai yardım göstərmək.
2. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. □ İbtidai həyat.
3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. □ İbtidai siniflər. İbtidai təhsil.
4. Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. □ İbtidai insanlar.
5. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. □ İbtidai adətlər. İbtidai geyimlər.
See also: