1. Klassik ədəbiyyatda pərdə, örtü mənalarında işlənmişdir. □ Hicab bağlamaq.
2. Məcazi mənada: pərdə, örtü. □ Üzdən götürüb ədəb niqabın; Rəf eylədilər həya hicabın. (M.Füzuli).
3. İslam dinində yad kişilərə görünməmək üçün qadınların üzünü örtməsi, gizlətməsi; yaşınma. □ ..hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. (C.Məmmədquluzadə).
İslam dininə görə doğru yol, düz yol, haqq yol; doğru yol arama, doğru yolla getmə, düz yola çıxma. □ ..Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti