1. Sual cümlələrində cümlənin sual səciyyəsini gücləndirmək üçün işlədilir. □ Heç görmüsən ki, ilin bu vaxtında qar yağsın?
2. Zərf kimi: qətiyyən, əsla, bilmərrə, büsbütün. □ Bir şəm ki haqdan yana, heç bad ilən sönməz. (Atalar sözü).
3. İsim kimi: heç bir qiyməti, dəyəri, hörməti olmayan adam və ya şey haqqında. □ Utanmazmı Füzulinin adını çəkən, özü bir heçkən. (M.Müşfiq).
4. İsim kimi: puçluq, yoxluq, fanilik, ölüm bildirir. □ Barmağım beşdi mənim; Günlərim keçdi mənim; Cəfa çəkdim, yurd saldım; Axırım heçdi mənim. (Bayatı).
5. Sual cümlələrində bir şeyin, işin vaxtilə və ya hazırda olub-olmadığını, baş verib-vermədiyini, edilib-edilmədiyini müəyyənləşdirmək üçün işlənir; hər hansı bir vaxtda və yerdə, əzqəza, təsadüfən. □ Heç xaricdə olmusan? Bu adamı heç görmüsən?
6. Modal söz kimi: əvvəlki sual və ya cavabdan fikri yayındırmaq məqsədilə işlədilir. □ Heç, elə bir şey yoxdur.
7. Heçdən şəklində – ortada, əldə heç bir şey olmadan, yoxdan, sonradan, yaxud çox cüzi, əhəmiyyətsiz bir şeydən. □ Heçdən bir şey düzəldib ortaya çıxarmaq.
8. Heçdən şəklində – heç bir səbəb, əsas olmadan. □ Heçdən dava salmaq. Heçdən incimək.
Həmçinin bax: