1. Hamiləlik vəziyyətində olan; ikicanlı, boylu, boyudolu. □ Hamilə qadıntək yuxusu möhkəm; Qucağı doludur dərələrin də. (M.Araz).
2. İsim kimi: hamiləlik vəziyyətində olan; ikicanlı, boylu, boyudolu. □ Kənddə işlər qarışan zaman gəlin birdən-birə hamilə olmuş və oğlan doğmuşdu. (İ.Şıxlı).
1. Himayəçilik, havadarlıq, himayə etmə, qanadı altına alma. □ Qulam müəllim istəyirdi ki, Mehparə və Sitarə onun hamiliyi ilə oxuyub ali təhsil alsınlar. (S.Rəhimov).
2. Birisinə və ya bir təşkilata istehsalat, mədəni, siyasi və b. cəhətdən müntəzəm kömək göstərməkdən ibarət ictimai fəaliyyət; hər hansı bir işdə kömək göstərmə. □ Hamınızdan tələb olunur ki, musiqidə hamilik və radio işlərində tezliklə dönüş yaradaq. (Ü.Hacıbəyli).
Azərbaycan dilinin izahlı lüğəti1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. □ Mən aşiq, kimə gedim; Dərmana kimə gedim; Yar oxladı qəlbimi; Hansı həkimə gedim? (Bayatı).
2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. □ Hansı böyükdür, hansı kiçik?
3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. □ Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar?
4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. □ Yer-yemişin yedim mən; Ürək sözüm dedim mən; İndi hansı zamandı; Çalsaqqala gedim mən?! (Bayatı).
5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir; həmçinin inkar cümlələrdə. □ Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz.
6. Qeyri-müəyyənlik bildirir. □ Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfi-məxluqatdır”? (M.Hüseyn).
Həmçinin bax:
1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. □ Niyyətin hara, mənzilin ora. (Atalar sözü). Bir ev tikdim dəyirmi; Dirəkləri iyirmi; Namərd, hara gedirsən; Bu yurd sənin deyilmi? (Bayatı).
2. Bədənin və ya bir şeyin hər hansı bir yeri. □ ..A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! (Ü.Hacıbəyli).
Həmçinin bax: