1. İsti, toxunma qollu və ya qolsuz köynək. 2. Sırıqlı gödəkcə.
Dama oyununda rəqibin diqqətsizliyi üzündən oyunçunun götürdüyü dama.
Bilyard oyununda: şara təsadüfi olaraq vurulan müvəffəqiyyətli zərbə.
1. Musiqi. Eyni musiqi mövzusunun bir neçə səslə ardıcıl təkrarı. 2. Musiqi. Belə təkrara əsaslanan musiqi əsəri.
Hərbi. Düşmənin keçəcəyi yerdə gözlənilmədən partlamaq üçün torpaq və ya su altına qoyulan partlayıcı maddə (mina). □ Fuqas bombası.
Musiqi. Fuqa üslubunda işlənmiş musiqi mövzusu (fuqato adətən sonata və ya simfoniyanın bir hissəsini təşkil edir).
Dik yoxuşlarda kanat dartı qüvvəsi ilə işləyən dəmir yolu. □ ..Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor çəkmək olardı. (B.Bayramov).
1. Vəzifə, fəaliyyət dairəsi olan. 2. Bir şeyin quruluşundan deyil, fəaliyyətindən asılı olan. □ Ürək fəaliyyətinin funksional pozğunluğu.
Qabaq tərəfində günlüyü olan baş geyimi. □ Əsgər furajkası.
1. İki (bəzən də bir) at qoşulan dördçarxlı üstüörtülü araba. □ Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olunurdu. (Mir Cəlal). 2. Yük maşınlarında, arabalarda və s.-də örtülü kuzov. 3. Baqajlığı kuzovda olan avtomaşın.
Furqon sürən adam.
Furqonu olan. □ Furqonlu avtomaşın.
İngilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi.
İdman. Hər bir komandanın ayaq (və bəzən baş) zərbəsi ilə rəqibin qapısına mümkün qədər çox top (qol) vurmasından ibarət idman oyunu. □ Futbol oynamaq. Futbol stadionu. Futbol mövsümü.
İdman. Futbol oyunçusu. □ Bakı futbolçuları 1912-ci ildə Tiflisdə ilk şəhərlərarası matç keçirmiş və qələbə qazanmışlar.