Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fonoqram [fanaqram] isim yun. phone – səs + ...qram

Maqnit lentinə, yaxud diskə yazılmış musiqi, mahnı, çıxış və s. □ Fonoqramla oxumaq.

See also:

jurnalistika: fonoqram istehsalçısı jurnalistika: fonoqram nüsxəsi jurnalistika: nəzarət fonoqramı Azərbaycan dilinin izahlı lüğəti

fora [fora] isim ital. fuora – irəli

İdman yarışlarında güclü oyunçunun zəif oyunçuya öncədən verdiyi güzəşt, üstünlük. □ Fora vermək.

Azərbaycan dilinin izahlı lüğəti

forma [forma] isim lat. forma – görünüş

1. Hər hansı əsərin məzmununu ifadə etmək üçün yaradılan struktur, zahiri görünüş. □ Forma həmişə əsərin məzmunundan asılı olur.

2. Əşyanın xarici görünüşü, şəkli, biçimi və s. □ Həndəsi forma.

3. Tip, quruluş, təşkilat sistemi; struktur. □ İdarəçilik forması.

4. Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. □ Hərbi forma. Məktəbli forması.

See also:

frazeologizm: formadan düşmək coğrafiya: eol relyef formaları coğrafiya: erozion relyef formaları coğrafiya: mənfi relyef formaları coğrafiya: müsbət relyef formaları Azərbaycan dilinin izahlı lüğəti

formalizm [farmalizm] isim ing. formalisme < lat. formalis – formaya aid olan

1. İnsan fəaliyyətinin müxtəlif sahələrində məzmuna nisbətən formaya, görüntüyə üstünlük verilməsi. □ Formalizmə yuvarlanmaq.

2. Bədii yaradıcılıqda əsərlərin ideya məzmununu inkar edən, yalnız onların formasına əhəmiyyət verən idealist cərəyan və bədii metod. □ Formalizm tərəfdarı.

Azərbaycan dilinin izahlı lüğəti

formasiya [farmasiya] isim holl. formaija < lat. formatio – yaranış, görünüş

1. Bəşər cəmiyyətinin inkişafında istehsal üsulu ilə müəyyən olunan hansısa dövr. □ Kapitalizm formasiyası.

2. Müəyyən görüşlər və ictimai baxışlar sistemi. □ Başqa formasiyanın adamı.

Azərbaycan dilinin izahlı lüğəti

format [farmat] isim fr. format < lat. formo – görünüş, zahiri görkəm

1. Kitab nəşrində ölçü. □ A5 formatı.

2. Hər hansı tədbirin təşkili və təqdimatı üsulları; mediada materialı təqdimetmə üsulu. □ Tok-şou formatı.

See also:

jurnalistika: yayım formatı Azərbaycan dilinin izahlı lüğəti

formul [formul] isim lat. formula – forma, qayda

1. Riyaziyyat. Say, hərf və riyazi işarələrlə ifadə olunan düstur. □ Yeni formul.

2. Fikrin, ideyanın, siyasi xəttin lakonik ifadəsi; məs.: “Parçala və hökm sür”.

3. Kimya. Müəyyən birləşmələrin tərkibinin hərf və rəqəmlə işarəsi. □ Benzolun formulu.

Azərbaycan dilinin izahlı lüğəti

forpost [forpost] isim alm. vor – qabaqda + fr. poste – post, gözətçi yeri

Başqa sözlə, avanpost; ön mövqe tutan, nəyinsə və kiminsə dayaq, güvənc yeri. □ Rusiyanın forpostu.

Azərbaycan dilinin izahlı lüğəti

fors [fors] isim fr. force – güc, dəyər

İddia, boş təkəbbür, lovğalıq, acıq vermək. □ Fors eləmək.

See also:

frazeologizm: forsu yerə-göyə sığmamaq Azərbaycan dilinin izahlı lüğəti

fortuna [fartuna] isim lat. fortuna – çərxi-fələk, tale

1. Qədim Roma mifologiyasında bəxt, xoşbəxtlik, uğur ilahəsi; gözlərində sarğı, əlində bolluq şeypuru, kürə və ya çarxın (xoşbəxtliyin dəyişkən olmasının simvolu) üzərində dayanmış şəkildə təsvir edilir. □ Fortunaya inanmaq.

2. Tale, xoş təsadüf, xoşbəxtlik. □ Fortuna sayəsində qələbə.

Azərbaycan dilinin izahlı lüğəti

forum [forum] isim lat. forumməc. məclis

1. Qədim Romada şəhərin siyasi həyatına dair söhbətlərin mərkəzləşdiyi bazar, əsas meydan. □ Foruma toplaşmaq.

2. Geniş toplantı forması, məclis; çoxsaylı təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaq, toplantı. □ Azərbaycan-Rusiya mədəniyyət forumu.

3. Təşkilat və ya birlik formasının adı. □ Gənclər forumu.

Azərbaycan dilinin izahlı lüğəti

forvard [forvart] isim ing. forward – ön, irəli

İdman oyunlarında hücum xəttinin oyunçusu, əsas, aparıcı hücumçu. □ Komandanın forvardı.

Azərbaycan dilinin izahlı lüğəti

foye [foye] isim fr. foyer – ocaqlı həyət

İctimai binalarda: teatrda, kinoteatrda, sirkdə və s. tamaşaçıların istirahəti üçün nəzərdə tutulmuş xüsusi zal. □ Kiçik foye.

Azərbaycan dilinin izahlı lüğəti

fraksiya1 [frak'siya] isim fr. fraction – hissə < lat. fractio – sındırmaq, sökmək

Müəyyən partiyanın və ya platformaca yaxın bir neçə partiyanın parlamentdə təmsil olunan üzvlərinin yaratdığı qrup; siyasi partiya daxilində qrup. □ Demokratların fraksiyası.

fraksiya2 [frak'siya] isim fr. fraction – hissə < lat. fractio – sındırmaq, sökmək

Kimya. Distillə edilən maye qatışığının ayrıldığı hissəciklər. □ Neftin fraksiyası.

Azərbaycan dilinin izahlı lüğəti

framuqa [framuqa] isim pol. framuga – divarda oyuq, qapı, pəncərə yeri

Qapı və pəncərənin üst hissəsi. □ Otağın framuqası.

Azərbaycan dilinin izahlı lüğəti