Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fabula [fabula] isim lat. fabula – rəvayət, hekayə

1. Ədəbiyyatşünaslıq. Bədii əsərin qısa məzmunu, baş verən hadisələrin zaman ardıcıllığı ilə nəqli. □ Fabula bəzən “ən qısa süjet” mənasını da ifadə edir.

2. Hüquq. Cinayət hadisəsinin məzmunu.

Həmçinin bax:

Azərbaycan dilinin izahlı lüğəti

faks [fak's] isim ing. fax < lat. fac simile – oxşarını yaratmaq

1. Yazılı məlumatı rəqəmli siqnalların köməyi ilə alan və göndərən elektron rabitə cihazı. □ Faks aparatı.

2. Elektron telekommunikasiya vasitəsinin köməyi ilə alınan yazılı məlumat. □ Faksı oxumaq.

Azərbaycan dilinin izahlı lüğəti

faksimile [fak'simile] isim lat. fac simile – oxşarını yaratmaq

1. Hər hansı üsulla əlyazmanın, sənədin, imzanın eynisini yaratmaq. □ Faksimile etmək.

2. Fotomexaniki reproduksiyanın köməyi ilə rəsmin oxşarının yaradılması; şəxsin imzasını eynilə əks etdirən möhür – klişe köçürməsi. □ Faksimile üsulu.

Azərbaycan dilinin izahlı lüğəti

faktor [fak'tor] isim lat. factor – iş görən, həyata keçirən, amil

Əmələ gətirən, yaradan, səbəb olan, amil; prosesin başlıca səbəbi. □ Hadisənin baş verməsində əsas faktorlardan biri.

Həmçinin bax:

coğrafiya: geomorfoloji faktorlar Azərbaycan dilinin izahlı lüğəti

faktura [fak'tura] isim lat. factura – işlənmə, düzəltmə, qurma

1. Müəyyən materiala xas olan, yaxud onun emalı nəticəsində alınan səthin xarakteri, özəlliyi. □ Binanın fakturası.

2. Bir şeyin, o cümlədən bədii məhsulun quruluşu, onun materialı, texniki üsulu və s. □ Yaxşı fakturası olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

falsifikasiya [falsifik'asiya] isim lat. falsificare – saxtalaşdırma

Saxtalaşdırma, hər hansı həqiqətin təhrif olunaraq yalanla əvəz edilməsi. □ Falsifikasiyaya əl atmaq.

Azərbaycan dilinin izahlı lüğəti

falş [falş] sifət alm. falsch – saxta, əsl olmayan

Əsası olmadan gerçək kimi təqdim edilən bir şey; yalan, saxta, orijinal olmayan. □ Falş notlar.

Azərbaycan dilinin izahlı lüğəti

familiyar [familyar] sifət lat. familiaris – ailəvi, yaxın

Əsası olmadan edilən ərkyana hərəkət haqqında. □ Familiyar davranış.

Azərbaycan dilinin izahlı lüğəti

fanat [fanat] isim lat. fanaticus – özündən çıxma, azğınlıq, qəzəb; fanum – məbəd

Müəyyən sahəyə (sənət, idman, musiqi və s.), ideyaya, bu ideyanın daşıyıcısına qızğın şəkildə vurğun olan, bu yöndə xüsusi canfəşanlıq göstərən şəxs. Müğənninin fanatları. Futbol fanatı.

Azərbaycan dilinin izahlı lüğəti

fanatizm [fanatizm] isim lat. fanaticus – özündən çıxma, azğınlıq, qəzəb; fanum – məbəd

Hansısa ideyaya və ya bu ideyanın daşıyıcısına, həmçinin başqasının yaşayış tərzinə və inancına şüursuz sadiqlik. Fanatizm qurbanı.

Azərbaycan dilinin izahlı lüğəti

fantasmaqoriya [fantasmaqoriya] isim yun. phantasma – ruh + agoreuo – danışıram

1. Müxtəlif optik cihazların köməyi ilə alınan qeyri-real, fantastik şəkil və fiqurlar. □ Fantasmaqoriya fiqurları.

2. Qarabasma, gözəgörünmə, sayıqlama.

3. Bədii priyom – əsərdə qorxu və ya gülüş yaradan qarabasma epizodlarından gen-bol istifadə. □ Fantasmaqorik əsər.

Azərbaycan dilinin izahlı lüğəti

farmakologiya [farmak'alogiya] isim yun. pharmakon – dərman + ...logiya

Dərman maddələri və onların orqanizmə göstərdiyi təsiri öyrənən elm sahəsi; geniş mənada: fizioloji maddələr haqqında elm. □ Farmakologiya haqqında kitab.

Azərbaycan dilinin izahlı lüğəti

fars1 [fars] isim

İranın əsas əhalisini təşkil edən və həmin adlı dildə danışan xalq və bu xalqa mənsub adam. □ Farslar islama qədər zərdüştlüyə etiqad edirdilər.

fars2 [fars] isim fr. farce – pis tamaşa, hoqqabazlıq

1. Məişət mövzusunda yazılmış yüngül komediya, vodevil. Fars xüsusilə orta əsrlərdə Fransada şəhər əhalisi içərisində, tacir və peşəkarlar mühitində çox yayılmışdı.

2. Məcazi mənada: riyakarlıq, arsızlıq, yalançılıqla müşayiət olunan hərəkət, hadisə. □ Hər şeyi farsa döndərmək.

Azərbaycan dilinin izahlı lüğəti

fasad [fasat] isim fr. façade < ital. fassiata – üz, sifət

Tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü. □ Binanın fasadı.

Azərbaycan dilinin izahlı lüğəti

fatalizm [fatalizm] isim ing. fatalism < lat. fatalis – tale, qismət

Qəzavü-qədərə, alın yazısına, əvvəlcədən müəyyənləşdirilmiş taleyə inam. Fatalizm fəlsəfəsi.

Azərbaycan dilinin izahlı lüğəti