1. Geologiya. Süxurların ilk yatım formalarının pozulması.
2. Hərbi. Quru qoşunlarının hissə, birləşmə və hərbi idarələrinin ölkənin müəyyən ərazisində (yaşayış məntəqələri, xüsusi hərbi şəhərcik və düşərgələrdə) yerləşdirilməsi; hərbi hava birləşmələrinin təyyarə meydanında, hərbi dəniz qüvvələrinin, gəmilərin limanlarda və hərbi dəniz bazalarında saxlanması. □ Dislokasiya xəritəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.
2. Biologiya. Maddələr mübadiləsində zülallar, nuklein turşuları, yağlar və karbohidratların çevrilməsi ilə gedən prosesdə üzvi birləşmələrin bəsit maddələrə parçalanması; assimilyasiya prosesinin əksi. □ Dissimilyasiya prosesi.
3. Dilçilik. Fonetik hadisə; sözdəki iki eyni və ya bənzər səsdən birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi. □ Sonda gələn səsin dəyişilməsinə irəli dissimilyasiya, öndə gələn səsin dəyişilməsinə isə geri dissimilyasiya deyilir.
Azərbaycan dilinin izahlı lüğəti1. Səslənmədə (musiqidə) harmoniyanın, ahəngin pozulması. □ Dissonans ifa.
2. Məcazi mənada: ünsiyyətdə qarşılıqlı rəddetmə və uyğunsuzluq; nəyinsə ziddinə getmək; ixtilaf. □ Dissonans hadisəsi.
See also:
1. İqtisadiyyat. Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir. □ Dividendin həcmi.
2. Məcazi mənada: hər hansı situasiyada şəxsin (ictimai xadimin, siyasətçinin və b.) müəyyən gedişlə nüfuz qazanması; nüfuz, hörmət. □ Dividend qazandırmaq.
Azərbaycan dilinin izahlı lüğətiEstetik, yüksək zövqlü tərtibat; kitab, qəzet və ya jurnalın, reklam müraciətinin, eləcə də evlərin eksteryerinin və interyerinin bədii tərtibatı. □ Müasir dizayn.
See also: