1. Dar şeyin halı; ensizlik; yer, sahə azlığı; darısqallıq; sıxlıq, tarımlıq. □ Yolun darlığı. Mənzilin darlığı. Paltarın darlığı.
2. Sıxıntı, tənglik. □ Nəfəs darlığı.
3. Məcazi mənada: maddi sıxıntı, çətinlik, ehtiyac, yoxsulluq; məhrumiyyət. □ Varlığa nə darlıq?! (Atalar sözü).
4. Azlıq, məhdudluq, çatışmazlıq. □ Vaxtın darlığı.
See also:
1. Darmadağın dağıtmaq (etmək) – tamamilə dağıtmaq, məhv etmək.
2. Darmadağın dağıtmaq (etmək) – tamamilə məğlub etmək.
3. Darmadağın dağıtmaq (etmək) – alt-üst etmək, puça çıxarmaq, puç etmək, dağıtmaq. □ Qızın bu sözü yenə də mənim fikrimi darmadağın etdi. (M.S.Ordubadi).