Ürəklənmək, ürək eləmək, cürət etmək, qorxmamaq.
Özünə tərəf çəkmək, cəlb etmək.
Səliqəsiz, tələsik, qarışıq xətlə yazmaq, qaralamaq.
Bir-birilə çox yaxın olmaq, ana-bacı kimi olmaq.
Klassik ədəbiyyatda: ayırmaq.
Var gücü ilə çalışmaq, səy göstərmək.
Dolanmaq, hərlənmək, fırlanmaq, dövrə vurmaq.
Klassik ədəbiyyatda: incitmək, əzab vermək, əziyyət vermək, üzüntü vermək.
Zülm etmək, əzab vermək, incitmək.
Yoldaş olmaq, dost olmaq.
Taxta oturmaq, hökmdarlığa başlamaq.
Cəsarət göstərmək, qorxmamaq, çəkinməmək.
Yaşlansa da, hələ enerjisi olan. □ Qadının üzündə qırışlar olsa da, hələ canısulu idi.
Həmçinin bax:
Geologiya. Zolaqlı metamorfik süxur.
Cəmiyyət xadimi; cəmiyyəti, xalqı sevən, ona xidmət edən adam, ictimai xadim. □ Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. (C.Cabbarlı)