1. Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. □ Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. (“Koroğlu”).
2. İki-iki götürmək, ikiləmək, cüt-cüt ayırmaq. □ Güləngiz... ipək telləri cütləməyi və burmağı da yaxşı bilir.
Həmçinin bax:
1. Cüt etmək, ikiləşdirmək, qoşalaşdırmaq; eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. □ Çoxları bu payızda... inəyini cütləşdirmək həsrətilə yaşayırdı. (M.İbrahimov).
2. Döl almaq üçün erkək və dişi heyvanları bir-birilə görüşdürmək.