Boş-boş danışmaq, mənasız sözlər danışmaq, çərən-pərən danışmaq, çərənləmək.
Boşluq, mənasızlıq, dəyərsizlik; cəfəng sözlər, cəfəngiyyat, çərən-pərən. □ Cəfənglik eləmək.
Botanika. Keşnişə oxşar yeyilən bostan bitkisi. □ Cəfəri toxumunda efir yağı var.
Botanika. Vəzəriyə oxşar yeyilən bostan bitkisi.
Möhkəm bağlanmaq üçün qapıya, pəncərəyə və s.-yə vurulan dəmir qarmaq. □ ...Xidmətçi yatan qapının çöldən cəftəsini vurdum. (M.S.Ordubadi).
Bax: cəftələmək.
Cəftə ilə bağlamaq, cəftəsini vurmaq. □ Xəlil Mirzə yüyürüb özünü stansiya rəisinin yanına saldı və qapını... cəftələdi. (Q.İlkin).
Bax: cəftələnmək.
Cəftə ilə bağlanmaq, cəftəsi vurulmaq. □ Qapı içəridən cəftələnib.
Cəftəsi olan; cəftə ilə bağlanmış, cəftəsi vurulmuş. □ Cəftəli pəncərə.
Cəftəsi olmayan. □ Cəftəsiz qapı.
Cəftəyəoxşar, cəftə kimi.
Avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal. □ Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. (A.Şaiq).
Kütlələrin cəhalətdə qalmasını istəyən, yeniliyə, tərəqqiyə, maarifə düşmən olan adam; irticaçı, maarif düşməni.
Cəhalət tərəfdarlığı, cəhalətpərəst adamın zehniyyəti və işi, elmə, mədəniyyətə və maarifə düşmən olma. □ Cəhalətpərəstlik bütün mədəniyyət üçün böyük bir təhlükə yaradır.