1. Yeniyetmə, hələ yaşa dolmamış; gənc. □ Cavan müğənni. Cavan oğlan. Cavan müəllim. Cavan işlər, qoca dişlər. (Atalar sözü).
2. İsim kimi: yeniyetmə, hələ yaşa dolmamış; gənc adam. □ Cavanlar və qocalar.
3. Təzə əkilmiş, təzəcə salınmış. □ Cavan ağac. Cavan bağ.
4. Yeni meydana çıxmış. □ Elmin cavan sahəsi.
See also:
1. Gündən-günə yaxşılaşmaq, cavan görünmək; özünü cavan kimi qıvraq hiss etmək; gəncləşmək. □ ...Bir mənə yaxşı-yaxşı bax, görüm, cavanlaşmısan, ya yox? (M.Hüseyn).
2. Məcazi mənada: özünü gümrah, sağlam, cavan hiss etmək. □ İdman məşğələlərindən sonra xeyli cavanlaşmışam.
Azərbaycan dilinin izahlı lüğəti