1. Şifahi və ya yazılı suala, sorğuya və s.-yə qarşılıq olaraq söylənən söz (sual, sorğu müqabili). □ Acı suala şirin cavab gözləmə. (Atalar sözü).
2. Yazılan məktuba, müraciətə və s. cavab olan məktub. □ Məktubun cavabını almaq. Ərizənin cavabı hələ yoxdur.
3. Keçilmiş dərsin və ya verilmiş sualın müəllimə izah edilməsi; verilmiş suala dair materialın xülasə edilməsi. □ Cavablar imtahan komissiyasını qane etdi. Cavablara diqqətlə qulaq asmaq.
4. Riyazi misal və məsələnin həlli, nəticəsi. □ Məsələnin düzgün cavabını almaq. Misala cavab yazmaq.
5. Çağırışa hay vermə, səsə səs vermə. □ Cavab əvəzinə yenə də eyni sükut… (H.Nəzərli).
See also:
1. Bir iş üçün məsuliyyət daşıyan, cavab verməli olan, üzərinə məsuliyyət düşən, məsuliyyətli, məsul. □ Hər kəs öz işinə, öz sözünə cavabdehdir.
2. Zərf kimi: bir iş üçün məsuliyyət daşıyan, cavab verməli olan, üzərinə məsuliyyət düşən, məsuliyyətli, məsul. □ Nağı bəy ölər, cavabdeh biz olarıq. (S.S.Axundov).
1. Cavabı olmayan, cavabı verilməyən. □ Cavabsız məktub. Cavabsız suallar.
2. Məcazi mənada: cavabı olmayan, cavabı verilməyən; qarşılıqsız. □ Cavabsız eşqinin təlatümündə; Aylar, illər boyu aşıb-daşdı o. (B.Vahabzadə).
3. Zərf kimi: cavabı olmayan, cavabı verilməyən. □ Bir dənə ərizə cavabsız qalmamalıdır.