1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı protokol və s. □ Akta qol çəkmək. Notarial akt.
2. Dövləti və ictimai əhəmiyyəti olan fərman, qərar. □ Torpağın həmişəlik istifadə üçün kəndlilərə verilməsi haqqında dövlət aktı.
3. Teatrşünaslıq. Teatr tamaşasının bir hissəsinə, bir pərdəsinə verilən ad. □ Tamaşanın aktları (pərdələri) adətən fasilələrlə ayrılır.
1. Musiqidə iti temp; bu tempdə ifa olunan musiqi əsəri, yaxud onun bir hissəsi. □ Alleqro tərzi.
2. Klassik rəqsdə iti templi hissə, həmçinin balet tamaşalarında pərdənin sonunda ifa olunan kütləvi rəqs. □ Alleqro rəqs qrupu.
Azərbaycan dilinin izahlı lüğəti