Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əcələ [əcələ] isim ər. – tez

Tələskənlik, cəldlik, zirəklik; bir işin sürətlə, çevik görülməsi. □ Əcələ tərpənmək.

Azərbaycan dilinin izahlı lüğəti

əqd [əqt] isim ər. – iradə

Mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi. □ Əqd birtərəfli, ikitərəfli və ya çoxtərəfli müqavilə şəklində olur.

Azərbaycan dilinin izahlı lüğəti

əlbisə [əlbisə] isim ər. – libas

Geyim, paltar, kostyum və s. cəmi; teatr rekvizitinin bir hissəsi. □ Hərbi əlbisə.

Azərbaycan dilinin izahlı lüğəti

əmniyyə [əmniyyə] isim ər. – əmin-amanlıq

1. Təhlükəsizlik, dinclik, qorxusuzluq; ictimai təhlükəsizliyin olması, sakitlik, ictimai asayiş. □ Əmniyyə üçün çalışmaq.

2. İranda jandarm, polis (məmuru); polis idarəsi, jandarm idarəsi. □ Bir anda əmniyyələr soxuldular otağa; Hamısı çəkib birdən tüfəngləri ayağa. (S.Rüstəm).

Azərbaycan dilinin izahlı lüğəti

əshabə [əsha:bə] isim ər. – ardıcıl, tərəfdar

Məhəmməd peyğəmbərin yaxın adamları, məsləkdaşları, tərəfdarı olan adamlar; kiminsə tərəfdarı, yaxın olanı. □ Peyğəm­bərin əshabələri.

Azərbaycan dilinin izahlı lüğəti

əzvay [əzvay] isim ərəb

1. Botanika. Qalın ətli, çoxillik ot bitkisi, aloe. □ Əzvay gülü.

2. Bu bitkidən alınan və xalq təbabətində işlədilən maddə. □ Əzvayın faydası.

3. Məcazi mənada: aciz, fərasətsiz, zəlil, maymaq adam. □ Əzvay adam.

See also:

frazeologizm: əzvay tuluğu Azərbaycan dilinin izahlı lüğəti