ocağı yerlə bir edilmək, dağıdılmaq, viran edilmək; ~ yurduna su ələnmək.
ev-eşiyin yiyəsiz və sahibsiz olduğunu, ailədən, nəsildən heç kimin qalmadığını bildirən ifadə; ~ ocağı sönmək (qaralmaq), evi dağılmaq; ocağından tüstü çıxmamaq.
dağıtmaq, məhv etmək; ~ viran qoymaq, yurduna su calamaq (ələmək).
köçəri həyat sürmək, yerini tez-tez dəyişmək mənasında işlədilən ifadə.
qədrini bilmək, yüksək qiymətləndirmək; ~ hörmətini saxlamaq (gözləmək), hörmət qoymaq, yüksəyə qaldırmaq.
xırdalığa varmamaq, böyük və alicənab olmaq.
qiymətləndirmək; ~ yüksək tutmaq.
bir işi bacarmaq, həll etmək, öhdəsindən gəlmək.
maddi vəziyyəti pisləşmək.
bax: boyun qaçırmaq.
çətinliklərdən qorxmamaq, onları dəf etməyə çalışmaq.
qayğısına qalmaq, hər işini görmək.
çətinlikləri aradan qaldırmaq.
lazım olan şeylərlə özünü təmin etmək, ehtiyat, sərvət toplamaq; ~ şələsini tutmaq.
ana olmaq, dünyaya uşaq gətirmək, doğmaq.