“çox axtarıram, ancaq tapa bilmirəm” mənasında işlədilən ifadə.
“əvvəlki yaxşı işlər daha olmayacaq” mənasında işlədilən ifadə.
ağır fəlakətdən, ciddi təhlükədən xilas olmaq, ölümün bir addımlığından qayıtmaq; ~ ölümdən dönmək (qayıtmaq), kəfəni yırtmaq.
sarsılmaq, ağır vəziyyət yaşamaq, ölüb-dirilmək.
“birdəfəlik getdi”, “daha qayıtmadı” mənalarında işlədilən ifadə.
bax: ... daş düşəydi (yağaydı).
lazım olduğundan da çox, həddən artıq.
“uzun bir zaman keçib” mənasında işlədilən ifadə.
bir-birinin evinə həddən çox get-gələ mənfi münasibət, kinayə bildirən ifadə.
bax: odun üstünə yağ tökmək.
uşaqsız qalmaq, övladı olmamaq, sonsuz olmaq, soyu, nəsli kəsilmək üzrə olmaq.
evi xaraba qalmaq, ailəsi dağılmaq; ~ çırağı sönmək, işığı sönmək, damı başına uçmaq, evi dağılmaq, evində ocaq yanmamaq, evində bayquşlar ulamaq, ocağından tüstü çıxmamaq, yurdunda bayquşlar ulayır, ata yurdunda bayquşlar ulayır.
yaşamaq, ailəsi, nəsli, soyu davam etmək.
bax: ocağı sönmək (qaralmaq).
evini xaraba qoymaq, ailəsini dağıtmaq.