vəziyyəti gərginləşdirmək, işini çətinə salmaq; ~ özünü işə salmaq, ağrımayan başına dəsmal bağlamaq.
bir səmtə doğru yönəlmək; ~ üz tutmaq, istiqamət götürmək.
bax: istiqamət almaq.
istiqamətləndirmək, yönəltmək; ~ yol göstərmək.
çətinlik görməmək, bərkə-boşa düşməmək.
1. Gözlənilmədən problem yaratmaq; ~ iş çıxartmaq.
2. Baş vermiş cinayət əməli ilə bağlı təhqiqata başlamaq.
1. Müəyyən bir ideyanı yaymaq və ya hər hansı məqsədə nail olmaq üçün çalışmaq, təbliğat, təşviqat aparmaq.
2. Cinayət əməli ilə bağlı təhqiqat aparmaq, əməliyyat-istintaq işlərini icra etmək.
işin öhdəsindən gəlmək, problemi həll etmək.
rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək.
altdan-altdan iş görmək, plan qurmaq; ~ saman altından su yeritmək, qazan qaynatmaq.
gözlənilmədən problem yaratmaq; ~ iş açmaq.
1. Gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək.
2. Səmərəsi olmaq, faydası olmaq.
bir işin baş tutmasına kömək etmək; problemin həllində vasitəçi, yardımçı olmaq.
məsələdən vaxtında xəbər tutmamaq, gecikmək səbəbindən problemin həlli mümkünsüz olmaq; ~ ox yaydan çıxdı, olan olub, torba dolub.
cinayət əməlinə görə cəza müəyyənləşdirmək; ~ iş vermək.