Ürəyim, ciyərim xarab, mədəm xarab, dilim də gah tutulur, gah açılır (S.S.Axundov).
Qarmon kimi gah yıǧılır, gah açılır daǧ yolları (T.Şahdaǧlı).
Açıldı, yumuldu qatı duman, sis; Buz salxım-salxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə).
Aǧzını açır, yumur, danışır, amma səsini eşitmirik, danışıb qurtarır (Anar).
Ay adamaoxşamaz, bir üzünə baxsana; Bomboz olub saqqalın, rəngü həna yaxsana (M.Ə.Sabir); Nə qəşəngsən, nə göyçəksən; Dərilməmiş bir çiçəksən (S.Vurǧun).
Əvvəl də bir adamlıǧı yox idi! İndi lap heyvanlıǧı çıxıb üzə (M.İbrahimov).
Usta ona müstəqil iş tapşırır, addımbaşı yoxlayırdı (Mir Cəlal); Əntiqə hərdən özünə cürət verib aǧasından soruşurdu (Mir Cəlal).
Bu, adi yol hadisələrindən biri idi. Baba keşiş hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi hadisə baş verib (Elçin).
Qısır Qarı adi adamlar kimi gəzə bilmirdi, həmişə yüyürürdü, həmişə qaçırdı (Elçin); Özünü qəribə adam kimi aparırdı (İ.Əfəndiyev).
Ən çətin zamanlarda əsgər kişi öz kitabxanasını adi səliqə ilə saxlamışdı (Mir Cəlal); Bəli, mürəkkəbdir həyat səhnəsi; hər şeyi göz görüb seçə bilməyir! (H.Hüseynzadə).
Qurban otuz səkkiz ya qırx yaşında bir aǧıllı, doǧru və adil bir adam idi (İ.Musabəyov); Bu gün sinəmizə bu dərdi yazaq; Sabah zalımların qəbrini qazaq (S.Vurǧun).
Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq... (S.S.Axundov); Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü nə yerinə salır (M.İbrahimov).
Aǧ köynəyin boynuna; Qara ləkə düşərdi (H.Hüseynzadə).
Aǧa borc eylər, nökər xərc (Atalar sözü).
Hər əli silah tutan aləmə aǧalıq etmək istəyirdi (Mir Cəlal); Eh, nökərçilik də bir kişilik deyil, vallah, hamballıq bunun yanında bir xanlıqdır (Ə.Haqverdiyev).