Xeyir, mən bədbəxt təkcə, yetim böyümüşəm (C.Əmirov); Uşaq ata-analı böyüyür.
Çıxma ərik aǧacına, bihudə, dilbərim; Yen gəl aşaǧı, nə yetkini var, nə xamı var (M.Möcüz).
Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm (C.Cabbarlı); Yavaş get, yıxılıb əlindəkini sındırarsan.
Səlim gələn tərəfdən dalbadal üç güllə atıldı. Kəşfiyyatçılar yeyinlədilər (Mir Cəlal); Budur zurna yavaşıdı (Çəmənzəminli).
Təkər yuxarıya aǧır-aǧır çıxır, enişə fırlananda yeyinliyində qabaǧında durmaq olmur (S.Rəhimov); Belə yavaşlıq bizi hər şeydən məhrum edər.
Bunun yanında yezid adam nə qələt eləyir (S.Vəliyev); Rəhmli adamsan, yolunda can qurban.
Bəllidir yerimiz yəqin divana (H.K.Sanılı); Sənin davranışın məndə şübhə yaradır (“Azərbaycan”).
Bəs elə isə, bir balaca üzünü göstər ki, yəqinlik hasil olsun (Ü.Hacıbəyov); Şübhəliliyim daha da artdı.
Əjdər bir az da uzaqlaşmalı, kənardan, daş və qum yıǧıntılarının arası ilə getməli oldu (S.Rəhman); Taǧın o tərəfindəki daǧıntını görmürsən?
Biçin də, yıǧın da əldən çıxdı (Mir Cəlal).
Allah onu yıǧmaǧa yox, daǧıtmaǧa yaratmışdı (M.İbrahimov).
Tüfəngin hissələrini yaǧlayıb, bir-bir yerini yıǧdı (“Azərbaycan”); Tüfəngi söküb çula bürüdülər, qatırların qarnı altında gizlətdilər (Mir Cəlal).
Böyük nə töksə, uşaq onu yıǧar (Ata. sözü).
Gündə bir qapıya salırlar yıǧnaq (Q.Zakir); Qədir atın üstündə daǧınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal).
Uşaǧı vurub yerə yıxdılar (“Ulduz”); Gərəksiz qolundan tutub qaldırasınız (Mir Cəlal).