Yaş paltarı o əlindən bu əlinə alırdı (M.Eynullayeva); Zənn eyləməsin könlümün eşq atəşi söndü; Yaxud ürəyim qupquru bir yarpaǧa döndü (S.Rüstəm).
Qurunu yoxlayın, yaşı yoxlayın; Gahdan dolu döyür, gahdan qar yaǧır (H.Hüseynzadə).
Gözləriniz yaşardı, həmcinslərinizi öldürmək üçün barıtınızı qurudursunuz (M.Talıbov); Aǧlamaqdan gözünün yaşı qurudu (“Ulduz”).
Ona elə gəlirdi ki, kənddəki qaynar həyat, gümrahlıq, fərəhli yaşayış da qonaqların ayaǧı ilə gəlmişdir (Ə.Vəliyev); Hər ikisinin ölüm xəbəri gəlib (Mir Cəlal).
Müdir birdən içəri girdi. Natiq əlini stəkana atdı ki, bir az boǧazını yaşlasın (“Kirpi”); Çuxasının ətəyi ilə belini quruladı (İ.Şıxlı).
Hiss olunurdu ki, Vera yaşlaşmışdır (İ.Şıxlı); “Ay ellər!” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər deməkdən (S.Vurǧun).
Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara “xoş gəlmişsiniz” dedi (M.Eynullayeva); Südəmər çocuqlar kimi iki sözdən fəzlə bir şey bilməz (H.Cavid).
Yaşlı gözlərindən öpdü (S.Vəliyev); Məmmədhüseynin dirsəyinə çırpılan aǧac, quru oduna vurulmuş balta kimi səsləndi (Mir Cəlal).
Yaşlı kişiyə təşəkkürünü bildirdi (M.Eynullayeva); Ac qalmış südəmər balaların mələməsindən yer, göy titrəyirdi (Ə.Haqverdiyev).
Qədir sanki yatmışdı, yuxudan ayıldı (Mir Cəlal).
Günəşdən tez durar, aydan sonra yatardı, gününü tövlədə və samanlıqda keçirərdi (Mir Cəlal).
Bəli, saatlarla, günlərlə Vəfadarın beynində bu fikirlərin biri yatır, o biri qalxır (M.İbrahimov).
Larisa ayla bir yatar, günəşlə bir oyanardı (M.Hüseyn).
Nə yava söyləyirsən, ay gədə! (N.Vəzirov); Vaqiən Qasım əmi çox ədəbli və söz eşidən idi (C.Məmmədquluzadə).
Deyirəm, Kamil, bu arvadının ipini çək, səhərdən axşama kimi bulvarda yava qızlar kimi açıq gəzib onunla-bununla mırt vurub gülür (S.S.Axundov); Əxlaqlı uşaqdır (“Azərbaycan qadını”).