Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı (İ.Əfəndiyev); Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib daǧıldı (Mir Cəlal).
Mən əzilən bir sinfin hayqıran; Haqq baǧıran sədasından yarandım (M.Müşfiq); Özümüzünkünü niyə öldürürlər, ay dəli, nə olubdur deyir! (Mir Cəlal).
Əsil bəla orasındadır ki, usta Zeynallar özlərini dünyada ən aǧıllı, işgüzar və yararlı adam hesab edirlər (M.İbrahimov); Xeyirsiz adamları xeyirli işlərə cəlb etmək lazımdır.
Çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oǧlan idi (İ.Əfəndiyev); Kifirdir, amma nə olsun ki, kişinin bəxti vurub (M.Hüseyn).
O, nəhayət, balaca, yaraşıqsız ev seçib qapını döydü (S.Vəliyev); Səliqəli dirrikçi kimi başının alaǧını tərtəmiz vurmaq... istəyirdi (Mir Cəlal).
Yarǧan yarar sinəsini daǧların; Sular ovur sinəsini daǧların (R.Rza); Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri (O.Sarıvəlli).
Baǧımızdakı dəfinəni çıxardıq. Yarısı sənin, yarısı mənim (C.Əmirov); Bunları bütöv mənə verin.
Onun özü də yarıac, yarıtox dolanır (M.Hüseyn).
Sadə cümlələr cümlə üzvlərinin iştirakına görə bütöv və ya yarımçıq olur.
Koroǧlu baxdı ki, arpa çuvalları yarımçıqdı (“Koroǧlu”); İri ocaqların üstündə dolu qazanlar buǧlanır (M.Rzaquluzadə).
Söhbət yarımçıq qaldı. Hidayət hadisəni tamam danışdı (Mir Cəlal).
Mustafa bu sözləri yarızarafat, yarıciddi dedi (G.Hüseynoǧlu).
Sonra dedi: – A yassar; Səni bir öyrədən var (A.Şaiq); Fərli deyil, qoy getsin.
Qorxma yassar, mərdana ol, oturaq, Əhməd, gir qoluna, ha... belə (N.Vəzirov); Qivami çox gözəl insandır (M.Hüseyn).
Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun üzündə sürüşdürürdülər (İ.Şıxlı); Sümük düzdü, amma aşaǧısının əti xoruz pipiyi kimi düşüb sol yana (C.Məmmədquluzadə).