Vasitəsiz nitq başqasının fikrini eyni ilə verməkdir. Qız həyadanmı, yaxud nədən dolayı isə cavab verməz (R.Əfəndiyev).
Çatmayır göylərə vaveylam (S.Rüstəm); Sevincimin həddi yox idi (M.İbrahimov).
Çoxlu xəbər gətirdi; Şivənli, vaylı axşam (Ə.Cavad); Sevincli günlərim barmaqla sayılar; Kədər – istədiyin qədər! (N.Kəsəmənli).
Sən elə veylin üstündə öz əmini niyə belə aǧrıdırsan? (S.Rəhimov); Bizim yerimiz Cəfərabadın yerindən yaxşı, torpaǧımız məhsuldar, camaatımız isə işləkdir (Ə.Vəliyev).
Küçə-bacada veyllənməkdənsə, uşaqlar qoy şəhərin tarixi yerlərini gəzsinlər, öyrənsinlər (Ə.Əbülhəsən); İşçilər istiyə baxmadan od kimi işləyirdilər (Mir Cəlal).
Sevincimin, vəcdimin çoxluǧundan durub oynamaq istəyirdim (M.F.Axundzadə); Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü (M.S.Ordubadi).
Lalə yalnız vəfalı bir arvad deyil, yaxın dost və köməkçi idi (M.Hüseyn); Etibarlı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yalvarır (“Lətif şah”).
Bilirdi ki, qüvvət vəhdətdədir (S.Rəhimov); Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi
yaman ayrılıq (N.Rəfibəyli).
Hamının üzündə vəhşət, iztirab və qorxu əlaməti görünür (A.Makulu); Heç olmasa öz atasına bu qoca vaxtında sevinc və təsəlli gətirirdi (M.İbrahimov).
Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri (A.Səhhət); Qapı tərəfdən məlahətli və nazlı bir qadın səsi eşidilir (M.İbrahimov).
O nə vəhşi adamdır (S.Vəliyev); Qoşatxan mədəni və tərbiyəli adam idi, lakin heç kəsə borclu qalmaǧı sevməzdi (M.İbrahimov).
Belədə o mən burada olduǧuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdir (M.S.Ordubadi); Aǧ günlərə səsləyir insanlıǧı yurdumuz (Ə.Cəmil).
Atam məni başa saldı ki, nefti elə beləcə yandırmaq vəhşilikdir (M.İbrahimov); Mehriban öz mədəniliyi ilə onları susdurmuşdur (Ə.Vəliyev).
Dəhşət dolu bir vəlvələ qopdu (H.Cavid); Get-gedə gecə qaranlıqlaşır, Araz qıraqlarına məxsus qəribə
sakitlik başlayırdı (Ə.Vəliyev).
Ömrünün keçmiş günləri bir kitab kimi açılaraq gözləri önündə vərəqlənirdi (M.İbrahimov); Göylər boz buludlarla örtülmüşdü (M.İbrahimov).