...Qarşıdakı hücuma soyuqluq göstərdi. Hər doǧma baxışda bir istilik var (H.Hüseynzadə).
Soyutmuşdu onu işdən məhəbbət (S.Vurǧun); Xörəyi isidib gətirdi (Ə.Vəliyev).
İraq olsun, uşaq sozalır, qorxuram, başına bir iş gələr (“Azərbaycan”); Xəstənin vəziyyəti yaxşılaşır (Mir Cəlal).
Bircə aya tikdilər doǧma övladlarıyçün; Köhnə paltarını sökür maşınla (S.Rüstəm).
Deyirəm, olsaydı ixtiyarları; Daǧını-daşını sökərdi onlar (C.Novruz); Qoy toxuyum köynəyi; Yat, gözümün işıǧı (S.Rüstəm).
– Bir parça şifir tapıb, sökük yeri örtmək çətindirmi? (M.İbrahimov); Köynəyinin tikik yerlərinə baxırdı (“Azərbaycan”).
Son günləri yaşar dinc; Qəlbində sönmüş sevinc (A.Şaiq); Şəkli görcək qızın gözləri sevincdən parladı (S.Vəliyev).
Şəhərdəki sönük həyatından uzaqlaşmaǧa səy etdi. Qaynar şəhər bir dərya, qız isə üzük qaşı olub orada batmışdı (S.Qədirzadə).
Küncdə yerə qoyulmuş çıraǧın piltəsi aşaǧı düşdüyündən, sönük, sarı işıǧı alaçıǧı işıqlandıra bilmirdi (M.İbrahimov); Parlaq gündüzümüz gecəyə döndü (S.Rüstəm).
– Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tərifləyəcəksən də, sənin işindir (Ə.Haqverdiyev).
...Ədəbsiz bir söyüş də söydü (M.Hüseyn); Yədulla
yalvarmaǧa başladı (C.Əmirov).
Əsərdə yıǧcamlıqdan çox sözçülüyə daha çox meyil edilmişdir.
Bəzən sözləşərdik, bəzən küsərdik; Yenə də bir yerdə çörək kəsərdik (S.Rüstəm); Axırda barışdılar, dostlaşdılar (S.Qədirzadə).
Deyəsən, sən sözübütöv adama oxşayırsan (F.Kərimzadə); Ona söz demə, aǧzıboşdur (“Azərbaycan”).
Axı sraǧagün gecə bərk yaǧış yaǧmışdı (C.Əmirov); Bu gün ilə, ərsə dönə; Hamı belə günlərlə öyünə (R.Rza).