Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı (Ə.Məmmədxanlı); Niqabın üzdən aç, ey gül, kim olsun dilgüşə məclis (S.Ə.Şirvani).
Həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yaǧmur yaǧmaǧa başladı (S.S.Axundov); Bəyaz simasında xəfif bir təbəssüm oynadı (M.İbrahimov).
Məndədir şad xəbər, hər qara xəbər (S.Vurǧun).
Qara xəbər tez yetişər (Ata. sözü); Yaxşı şeir heç vaxt ölməz (S.Rəhimov).
Özünün şəxsi həyatında qarabəxt olduǧunu anladı. (B.Talıblı); A bəxtəvərlər, ananız gəldimi? Qondu yuva üstünə dincəldimi? (A.Səhhət).
İminin qaraca qaşları, kiçikcə gözləri var idi (İ.Əfəndiyev); Kamilənin totuş və aǧca əlləri vardı.
Yoxsa o mənim saçlarımı yolar, yaman qaraçı arvaddır (C.Əmirov); – Yox, atacan, bəzən mənim kimi sakit adamların kini daha böyük olur (S.Qədirzadə).
Boy, boy, boy! İvan bəy, qaraçılıq lazım deyil (N.Vəzirov); Qumru həyalılıǧından qıpqırmızı qızardı.
Qaraçuxa yatdı, alaçuxa qalxdı (Ata. sözü).
Qonşumuz Afərdə arvad qaradabandır, səhər-səhər kimə rast gəlsə idi, onun işi düz gəlməzdi. Ana uşaqlarına hər səhər uǧurlu yol dilər.
Xəlil əslində qaradinməz adam idi (Mir Cəlal); Bu bir söhbətcil arif adam idi (Ə.Haqverdiyev).
Hər yerdə qaragünlü xətadan uzaq olmaz (Q.Zakir); Aǧgünlü olmuş məni bu yaşımda gör gətirib haralara çıxarırsan (Çəmənzəminli).
Mən gərək ömrüm olduqca özümü qaragünlü edim?! (M.F.Axundzadə); Yox, Ulduzum, sən bu dünyada hamıdan xoşbəxtsən (M.İbrahimov).
Bu qənaətə gələndən sonra mən binəva öz qaragünlüyümü qablaşdırırdım (S.Rüstəm); Belə bir xoşbəxtlik, görəsən, ona müyəssər olacaqdımı? (A.Məmmədrza).
Gənc rəssam şahidi olduǧu mənzərəni tələsik dəftərçəsinə qaralayırdı (Ə.Məmmədxanlı); Dünən yazdıqlarını bu gün pozurdu (“Ulduz”).