Bərabərimə yetişincə çəpərin arxasından iki əlləri ilə boynu qucaqlayıb qaçaraq gözdən qeyb oldu (S.Hüseyn); Əbil Qənbərovun təklifləri yavaş-yavaş bura toplaşanların ürəyinə yol tapdı (Ə.Vəliyev).
O tələsik yerindən durub qapıya qaçdı (M.İbrahimov); Məni hərarət çulǧaladı. Küçənin ortasında dayandım (S.Qədirzadə).
Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü (C.Cabbarlı); Gözlərinə səadətə oxşar bir sevincin işıǧı düşdü (M.İbrahimov).
A üzü qaralı, başı qadalı, xatınları, oǧul-uşaǧı nə deyə dustaq etdin (M.Rzaquluzadə); Körpə uşaqların gələcəyi nurlu, fərəhli olacaq.
Ayrım qızı şişman bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi (A.Şaiq); İmanın olsun, ay kişi! Niyə bica söz danışırsan (M.İbrahimov).
Gəlinlər kişilik duyduqca səndə; Bir istilik keçdi gül dodaqlara (S.Vurǧun); Gəlin tez uçuraq o daş qəfəsi; Gülsün qadınlıǧın aǧlayan səsi (S.Vurǧun).
Min nemət yetirir vətən torpaǧı; Alqış, mərd, qabarlı, qadir əllərə! (Ə.Cəmil); Elə bacarıqsızdır ki, on saata işə sala bilməyəcək (M.İbrahimov).
Çörək gün altında quruyub qaxaca dönmüşdü (Ə.Əbülhəsən); Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi (M.İbrahimov).
Ceyran söz anlar kimi sıçrayıb meşədə qaib olur (Çəmənzəminli); Gecmi, tezmi bilməm, amma həqq edər bir gün zühur (M.Hadi).
Qaqqıldaşın, qoy yatanlar ayılsın (S.Rüstəm); Uşaqların ağlaşmağı kəndin kimsəsiz sükutunu pozdu (Ə.Məmmədxanlı).
Bəziləri isə dizi üstə oturub yenicə gətirdikləri quru odunu qalaqlayırdılar (M.Hüseyn); Ona binan əmr etdim ki, ...körpüləri daǧıtsınlar və yolları pozsunlar (M.F.Axundzadə).
Fəcrin soyuq tonqalı yananda; Mən də tonqal qaladım gah daǧda, gah aranda (Ə.Cəmil); İşıǧı keçirib yerinə girdi.
Tellinin axşam gətirdiyi südlə şam etmiş, axırda sobasını yenidən qalayıb yataǧına uzanmışdı (S.Hüseyn); Muzdur üfləyib çıraǧı söndürdü (M.İbrahimov).
Yeməyini yalqız yeyən, yükünü özü qaldırar (Ata. sözü); Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər (M.F.Axundzadə).
Musa başını yuxarı qaldırdı (M.Hüseyn); Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı (Ə.Haqverdiyev).