Baxdım, baxdım, sifətində məlakə paklıǧı vardı (Çəmənzəminli); Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik yaraşmaz… (“Qabusnamə”).
Paraya dəymə, bütünü kəsmə, doǧra doyunca ye (Ata. sözü).
Qranit parçası, kütləsindən ayrılsa da, qranitdir. O, bütövdən qəlbidir (R.Rza).
Hər şeydən xəbərsiz olan Ay həmişəki kimi parıldayır, gecəyə bəzək verirdi (S.Vəliyev); Bu səhnə çox sürməyir, lampa sönür, pərdə salınır (Mir Cəlal).
Xonçadakı saçaqlı konfetləri xışmalayıb qızlara payladı (İ.Şıxlı); Meyvələr aǧırlaşır; Şirə yıǧır özünə (O.Sarıvəlli).
Tətillər daǧınıq gedir hələlik; İnqilab sevməyir pərakəndəlik (S.Vurǧun); Yıǧcamlıq R.Rza yaradıcılıǧı üçün səciyyəvidir.
Dünyanın pərişan baǧında canan; Mən nəǧməli bülbül, sən bir baharsan (R.Rza); Özünü xoşbəxt adamlar kimi aparırdı (S.Qədirzadə).
Həqiqi yoxsulluq və pərişanlıq görməzlər (M.Talıbov); Səndən, oǧlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardıǧı ən qiymətli cehizi olan xoşbəxtliyi itməsin (S.Qədirzadə).
Pəsdən yox, ucadan oxumaǧı xoşlardı.
Qış getsə, gəlsə yaz, pinti qız üzün yumaz (Ata. sözü); Axşam tarla düşərgəsinin səliqəli otaǧında briqada üzvləri hesabdarın üstü şüşəli iri yazı stolunun ətrafına yıǧışmışdılar (Ə.Vəliyev).
...Pırpız qırmızımtıl saçları eynimdə dumanlandı (S.Qədirzadə); Saçları sıǧallı idi (Ə.Vəliyev).
Qoymayaq yaxşını pisləsin pislər (R.Rza).
Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb onu pisikdirdi (M.İbrahimov); Elə həmin gündən başlayaraq pula şirnikib cibgirliyə başladı (C.Əmirov).
Bilirəm, belə xoşlayırsan (R.Rza); Sövdələşməni
pisləyirsən?!
Ədhəmi bütün şəhər tərifləyəndə Səbrini pisləyirdi
(M.Hüseyn).