Aǧıllı və namuslu adamlar bu böhtanlara inanmazlar (M.İbrahimov); Bıyy, nə həyasız kişidir, içəriyə niyə baxır? (M.Hüseyn).
Xanın nökəri sənin kimi namussuzlardır (A.Şaiq); Tərbiyəli oǧlandır, ana, bir qrupda oxuyuruq (İ.Fərzəliyev).
Nanəcibdən aǧa olmaz, təkədən qoç (Ata. sözü); Çox ləyaqətli yoldaşdır (M.Hüseyn).
Mənim nanəcibliyimdən yoxsulluğa, miskinliyə giriftar olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M.Talıbov); O, ləyaqətliliyi ilə bizim gözümüzdə ucalır.
Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbər veriləcəyini düşünən polkovnik narahat idi (S.Qədirzadə); Dərdin elə busa, lap arxayın gəz (S.Vurǧun).
Oğlunun hərəkətlərini görüncə narahatlaşır (Ə.Vəliyev); Siz də Çaxunaşvilini burada görüb arxayınlaşmısınız (C.Əmirov).
Narahatlıǧı daha da çoxaldı (S.Qədirzadə); Bir arxayınlıq nəǧmələşir könlümüzdə (R.Rza).
Şumumuz çox narındır (Ə.Vəliyev); Gülşən isə kəsdiyi iri bir cimi götürüb arxın alt tərəfinə qoydu və qızlara dedi (Ə.Vəliyev).
Qar dənələri getdikcə narınlaşırdı (A.Məmmədrza); Havalar quraq keçdiyindən yerdəki çumbuzlar iriləşirdi.
Yoldaşım nasazdır (M.İbrahimov); Kişi saǧlam, aǧlı başında bir adam idi (M.İbrahimov).
Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmaǧa məcburdur (M.S.Ordubadi); Əlbəttə, o təcrübəlidir (C.Əmirov).
Hamısı natamamdır (S.Rüstəm); Hələ kəsilməyib, bütövdür (Ə.Vəliyev).
Mənim bu qaba ürəyimdə nazik hisslər günü-gündən artmaqdadır (Ə.Haqverdiyev).
İstilər düşdükcə novdan donmuş su nazikləşir, əriyib yox olur (Ə.Vəliyev); İndi suyu sovulmuş dəyirman get-gedə soyuyur, novdan tökülən su donur, buz qalınlaşırdı (Ə.Vəliyev).
Cahangir aǧa kimi nəcib aǧa heç bir oymaqda tapılar? (Ə.Haqverdiyev); Ürəyim sanki kobud bir pəncənin sərt barmaqları arasında cənglənir (S.Qədirzadə).